Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında


Relizin Tarixi: 11.04.2002

Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Qərar № 61

Bakı şəhəri, 11 aprel 2002-ci il

«Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 573 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 205) («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 11 aprel tarixli
61 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi

Qaydaları

1. Bu Qaydalar «Tütün və tütün məmulatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar hazırlanmışdır və Azərbaycan Respublikasında istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatın tərtibi və təqdim edilməsi qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasının ərazisində istehsal edilmiş və dövriyyəyə buraxılmış tütün məmulatının hər bir ədədinin tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumat istehsalçı tərəfindən ildə bir dəfə tərtib edilir və de-kabr ayının 15-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edilir.

3. Tütün məmulatının tərkibində nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlarda aşağıdakılar əks etdirilməlidir:

    • tütün məmulatını istehsal edən müəssisənin adı və ünvanı;
    • tütün məmulatının markası;
    • tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin ayrılıqda miqdarı;
    • tütün məmulatının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarını təhlil edən laboratoriyanın adı;
    • tütün məmulatının laborator müayinə protokollarının surətləri.

© LegalActs LLC