«Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 noyabr tarixli 272 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə


Relizin Tarixi: 10.06.2002

«Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 noyabr tarixli 272 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə

«Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 noyabr tarixli 272 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. «Avropa İttifaqı ilə tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyası haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 23 noyabr tarixli 272 nömrəli Sərəncamının 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«1. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

Komissiyanın sədri:

Abid Şərifov

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın sədr müavinləri:

Vilayət Quliyev

Azərbaycan Respublikasının xarici işlər naziri

Fərhad Əliyev

Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Komissiyanın üzvləri:

Əvəz Ələkbərov

Azərbaycan Respublikasının maliyyə naziri

Fikrət Məmmədov

Azərbaycan Respublikasının ədliyyə naziri

Hüseynqulu Bağırov

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

İrşad Əliyev

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Misir Mərdanov

Azərbaycan Respublikasının təhsil naziri

Əli İnsanov

Azərbaycan Respublikasının səhiyyə naziri

Kəmaləddin Heydərov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri

Şahin Əliyev

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Arif Məmmədov

Avropa Birliyi yanında Azərbaycan Respublikası nümayəndəliyinin başçısı

Natiq Əliyev

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Ziya Məmmədov

Azərbaycan Dövlət Dəmir Yolunun rəisi

Aydın Bəşirov

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi

Vadim Xubanov

Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin müavini

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 10 iyun 2002-ci il

№ 941

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 yun 2002-ci il, № 131) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 348) («LegalActs» LLC).

© LegalActs LLC