Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində bəzi dəyişikliklərin aparılması haqqında


«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 377)

Relizin Tarixi: 12.06.2002

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində bəzi dəyişikliklərin aparılması haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində bəzi dəyişikliklərin aparılması haqqında

Qərar № 93

Bakı şəhəri, 12 iyun 2002-ci il

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində bəzi dəyişikliklərin aparılması barədə nazirliyin təklifini qəbul edərək Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Tutduqları vəzifələrindən azad edilmələri ilə bağlı Kazımova Lalə Ələddin qızı və Qədimov Hüseyn Həsən oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının üzvlüyündən çıxarılsınlar və Bakı şəhər İcra Hakimiyyəti Baş Səhiyyə İdarəsinin rəisi İnarə Fərman qızı Xudiyeva və Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Hüseynov Firudin Zeynəddin oğlu həmin kollegiyanın tərkibinə daxil edilsinlər.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 377) ( «LegalActs» LLC).

16 yanvar 2006-cı il tarixli, 10 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC