«Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə
Relizin Tarixi: 17.05.2002
«Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Sərhəddə fərqlənməyə görə» medalı haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 683; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 3, maddə 141) 4-cü bəndi aşağıdakı redaksiyada verilsin:
«4. «Sərhəddə fərqlənməyə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, «Hərbi xidmətdə fərqlənməyə görə» medalından sonra taxılır.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 17 may 2002-ci il
№ 326-IIQD.
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 252) («LegalActs» LLC).
© LegalActs LLC