«Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə


Relizin Tarixi: 06.05.2002

«Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • həmin Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • öz səlahiyyətləri daxilində «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

    • «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • həmin Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi həyata keçirir;
    • həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
    • həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
    • həmin Qanunun 5.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
    • həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini gənclərə tibbi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilməsinə münasibətdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
    • həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
    • həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;
    • həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 may 2002-ci il

№ 697.

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 264) («LegalActs» LLC).

© LegalActs LLC