«Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 aprel 2002-ci il, № 89) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 187)
Relizin Tarixi: 18.04.2002«Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat ver-sin;
- həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- həmin qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş alınması məhdudlaşdırılan informasiya növünün təsnifatını müəyyənləşdirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin qanunun 5.4-cü maddəsində nəzərdə tutulmuş ətraf mühitə dair informasiyanın təhlili, saxlanması, yeniləşdirilməsi, obyektlərinin siyahısı, registri və onun aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş ətraf mühitə dair elektron məlumat bankında olan açıq informasiyanın rabitə vasitələri ilə artırılması qaydasını və müddətini müəyyənləşdirsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin qanunun 8.3.2-ci maddəsində nəzərdə tutulmuş alınması məhdudlaşdırılan informasiya üzrə müraciət və ya sorğunun göndərildiyi dövlət hakimiyyəti orqanlarının təsnifatını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş ətraf mühitə dair informasiyanın verilməsinin maliyyələşdirilməsi mənbələrini, onun ödənişli və ya ödənişsiz olmasını, ödənişin həcminin müəyyənləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- həmin qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş informasiya almaq istəyən şəxslə müqavilənin bağlanması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- «Ətraf mühitə dair informasiya almaq haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci, 5.4-cü, 6.3-cü, 8.3.2-ci, 10.3-cü və 10.4-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin qanunun 10.5-ci və 10.6-cı maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 18 aprel 2002-ci il
№ 689.
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 aprel 2002-ci il, № 89) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 187) («LegalActs» LLC).
© LegalActs LLC