Respublika İdman Tibb Mərkəzinin yaradılması haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 626)

Relizin Tarixi: 02.05.2006

Respublika İdman Tibb Mərkəzinin yaradılması haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Respublika İdman Tibb Mərkəzinin yaradılması haqqında

Qərar № 146

Bakı şəhəri, 8 sentyabr 2001-ci il

«Dövlət gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı tədbirlər planı»nın VIII bölməsinin 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Respublika Tibbi-Bədən Tərbiyəsi Dispanseri mövcud əmlakı ilə birlikdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyinə verilsin və onun bazasında Respublika İdman Tibb Mərkəzi yaradılsın.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində bu qərardan irəli gələn müvafiq məsələlərin həlli üçün təkliflərini təqdim etsinlər.

3. Bü qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2001-ci il, № 9, maddə 626) («LegalActs» LLC).

2 may 2006-cı il tarixli, 119 nömrəli qərara əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC