Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında
«Həyat» qəzetində dərc edilmişdir (16 iyul 1992-ci il, № 138).
Relizin Tarixi: 15.07.1992Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında əmtəə-pul dövriyyəsini sabitləşdirmək və nağd pula olan tələbatı tam ödəmək məqsədilə və «Respublikada iqtisadi və ictimai-siyasi həyatı sabitləşdirmək sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq qərara alır:
1. 1992-ci il avqustun 15-dən Azərbaycan Respublikasının milli valyutası — manat dövriyyəyə buraxılsın.
2. Müəyyən edilsin ki, rublla yanaşı manat öz nominal dəyəri ilə Azərbaycan Respublikasının ərazisində bütün hesablaşmalarda bərabərhüquqlu tədiyə vasitəsidir.
3. Bütün hesablaşmalarda 1 manat: 10 rubl nisbəti müəyyən edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə bu fərmanın həyata keçirilməsini təmin edən müvafiq qərar qəbul etsin.
5. Azərbaycan Respublikasının Baş naziri R.Hüseynova və Azərbaycan Respublikasının Dövlət katibi P.Hüseynova tapşırılsın ki, 10 gün müddətinə Azərbaycan Respublikasının pul vahidlərinin paralel tətbiqi ilə əlaqədar bütün məsələlər barəsində Rusiya ilə, MDB-nin Banklararası Əlaqələndirmə Şurası ilə danışıq aparsınlar və nəticəsi barədə müvafiq saziş layihəsi təqdim etsinlər.
Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY
Bakı şəhəri, 15 iyul 1992-ci il
№ 48.
«Həyat» qəzetində dərc edilmişdir (16 iyul 1992-ci il, № 138) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (15 iyul 1992-ci il, № 13 (866), maddə 546) («LegalActs» LLC).
© LegalActs LLC