Azərbaycan Milli Elmlər Akademiyası haqqında


«Azərbaycan» qəzetində dərc olunmuşdur (16 may 2001-ci il, № 109).

Relizin Tarixi: 15.05.2001

Azərbaycan Milli Elmlər Akademiyası haqqında

Azərbaycan Milli Elmlər Akademiyası haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında milli elmi potensialın qorunub saxlanılması və gücləndirilməsi, xalqımızın tarixi və mədəniyyəti ilə bağlı araşdırmaların müasir standartlar səviyyəsində aparılmasının təmin edilməsi, fundamental elmi tədqiqatların əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, elmi fəaliyyətin həyata keçirilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Elmlər Akademiyası ali dövlət elmi təşkilatı olduğu nəzərə alınmaqla Azərbaycan Milli Elmlər Akademiyası adlandırılsın.

2. Azərbaycan Milli Elmlər Akademiyası bir ay müddətində akademiyanın nizamnaməsinin layihəsini, onun strukturu ilə, habelə elmi potensialından və tərkibindəki müəssisələrin maddi-texniki bazasından istifadə olunmasının effektivliyinin artırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 15 may 2001-ci il.

№ 484.

«Azərbaycan» qəzetində dərc olunmuşdur (16 may 2001-ci il, № 109) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2001-ci il, № 5, maddə 303) («LegalActs» LLC).

© LegalActs LLC