Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2000-ci il, № 7, maddə 571)

Relizin Tarixi: 31.03.2004

Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında

QЙ™rar в„– 124

Bakı şəhəri, 13 iyul 2000-ci il

В«Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqındaВ» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaВ» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 dekabr tarixli, 212 nömrəli Fərmanına uyğun olaraq, dövlət büdcəsinin icrasını təmin edən müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar əlavə dəyər vergisindən azad olunan idxal mallarının siyahısının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, AzЙ™rbaycan RespublikasД±na gЙ™tirilЙ™n aЕџaДџД±dakД± mallar əlavə dəyər vergisindən azad olunur:

1.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisəsinin yaradılması üçün gətirilən əmlak;

1.2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);

1.3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

1.4. müsadirə edilmə, sahibsizlik və həmçinin varislik hüququ əsasında dövlətin mülkiyyətinə keçirilməli olan mallar;

1.5. texniki yardım da daxil olmaqla təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar.

1.7. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar.

1.8. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar.

1.9. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-Çıxış» avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar.

1.10. qanunvericiliyə uyğun olaraq dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan başqa, Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, əlavə dəyər vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.

4. В«Azərbaycan Respublikası ərazisinə gətirilən Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin hüdudlarından kənarda istehsal edilmiş əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqındaВ» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli, 61 nömrəli qərarı (7-ci bəndi istisna olmaqla), В«Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədəВ» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 avqust tarixli, 167 nömrəli30 oktyabr tarixli, 218 nömrəli qərarlarının 1-ci bəndlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 16 iyun tarixli, 61 nömrəli qərarına aid olan hissələri qüvvədən düşmüş hesab edilsin.

5. Bu qərar 2000-ci il avqustun 15-dən etibarən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

В«AzЙ™rbaycan RespublikasД±nД±n Qanunvericilik ToplusuВ»nda dЙ™rc edilmiЕџdir (31 iyul 2000-ci il, в„– 7, maddЙ™ 571) (В«LegalActsВ» LLC).

15 avqust 2000-ci il tarixli, 138 nömrəli; 26 oktyabr 2000-ci il tarixli, 195 nömrəli; 24 yanvar 2001-ci il tarixli, 22 nömrəli; 7 mart 2001-ci il tarixli, 62 nömrəli; 25 may 2001-ci il tarixli, 101 nömrəli; 13 avqust 2001-ci il tarixli, 138 nömrəli; 14 yanvar 2002-ci il tarixli, 6 nömrəli; 27 aprel 2002-ci il tarixli, 71 nömrəli; 12 iyun 2002-ci il tarixli, 95 nömrəli; 15 yanvar 2003-cü il tarixli, 6 nömrəli; 26 fevral 2003-cü il tarixli, 32 nömrəli; 17 sentyabr 2003-cü il tarixli, 118 nömrəli; 4 dekabr 2003-cü il tarixli, 155 nömrəli; 31 mart 2004-cü il tarixli, 36 nömrəli qərarlara əsasən əlavələrlə və dəyişikliklərlə ( Consultancy» LLC).


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 13 iyul tarixli,
124 nömrəli qərarı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların
Siyahısı

MDB dövlətlərinin xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasına uyğun malların kodu

Malların adı

1

2

Qrup 01

010111000

Damazlıq heyvanlar

010210100

Cins iribuynuzlu heyvanlar

010310000

Cins donuz

010410100

Cins qoyun

010420100

Cins keçi

010511190

Damazlıq quşlar

Qrup 04

040229110

Südəmər uşaqlar üçün çəkisi 500 q-dan artıq olmayan qablaşdırılmış süd

040700

Yalnız damazlıq yumurtaları (inkubasiya üçün)

Qrup 05

0510

Əczaçılıq üçün heyvan mənşəli məhsullar

051110000

Bioloji preparatlar

051199500

İri buynuzlu heyvanların embrionları

Qrup 06

060210

Kəsilməmiş tinglər

060220

Çalaq olunmuş, cır meyvə və qoz verən ağac və kollar

060290410

Meşə ağacları

060290450

Qısaldılmış tinglər və cavan bitkilər.

Qrup 07

070110000

Kartof əkin üçün, mövsümi olaraq, yalnız oktyabr-noyabr və fevral-mart ayları üzrə

071290110

Qarğıdalı əkin üçün

071310100

Noxud əkin üçün

071320100

Nut əkin üçün

071331100

В«Winga mungoВ» növlü lobya əkin üçün

071332100

Qırmızı kiçik lobya əkin üçün

071333100

Adi lobya əkin üçün

071339100

Digər lobya növləri əkin üçün

071340100

Mərci əkin üçün

071350100

Yem paxlaları əkin üçün

071390100

Digər paxlalar əkin üçün

Qrup 10

1001 BuДџda vЙ™ meslin:

100300100

Arpa əkin üçün

100400000

Vələmir əkin üçün

100510-100510190

Qarğıdalı əkin üçün

100610100

Düyü əkin üçün

100700100

Dari hibridləri əkin üçün

100830000

Bülbülotu toxumu

10089010

Trikatele əkin üçün

Qrup 12

12

Yağlı və digər toxumlar, saman, furaj (1202; 1206; 1211; 121291) mal mövqeləri istisna olmaqla

Qrup 19

190110000

Uşaq yeməkləri (qablaşdırılmış)

Qrup 26

260600000 AlГјminium filizlЙ™ri vЙ™ konsentratlarД±

Qrup 23

230400000;
230670000

Kənd təsərrüfatında heyvanların və quşların yemlənməsində istifadə olunan qarışıq yemlər, onların komponentləri

Qrup 25

250100310

Kimyəvi çevrilmələr üçün (natriumun və xlorun bölünməsi) sənayedə istifadə edilən duz

250100510

Denaturlaşdırılmış və ya sənaye məqsədləri üçün duz

250200000

Yanmamış pirit

250300

Kükürdün bütün növləri (sublimirilləşdirilmiş, hopdurulmuş və ya kolloidləşdirilmişdən başqa)

2504

Təbii qrafit, qrafit lövhələr

250510000

Kvarslı təbii qum bütün növləri

2506

Kvars (təbii qumdan başqa)

250700

Kaolin və kalsiumlaşdırılmış və ya kalsiumlaşdırılmamış digər kaolin gilləri

250830000

Odadavamlı gil

2510

Təbii kalsium fosfatları (fosforitlər), alüminium kalsium fosfatları, fosfat təbaşiri

2511

Təbii barium sulfatı (barit); kalsiumlaşdırılmış və ya kalsiumlaşdırılmamış təbii barium karbonatı (viterit) (barium oksidindən başqa)

252100000

Əhəng və sement istehsalı üçün əhəng flyüsü

2528

Təbii boratlar və onların konsentratları

253010100

Perlit

Qrup 26

26

Filizlər və şlaklar

Qrup 27

270111100

Antrosit

270112100

Kokslanan kömür

270120000

Daş kömürdən hazırlanmış yanacaq (briketlər)

270900900

Yalnız xam neft-tranzit-mübadilə (svop) əməliyyatları üzrə

271121000

Təbii qaz

271220000

Texniki parafin

271000210

Uayt-spirt

271600000

Elektroenerji

Qrup 28

28

Qeyri-üzvi kimya məhsulları

Qrup 29

29

Üzvi kimya birləşmələri

Qrup 30

30

Əczaçılıq məhsulları (3005; 300640000, 300650000 mal mövqeləri istisna olmaqla)

Qrup 31

31

Gübrə

Qrup 36

3601; 3602

Barıt, partlayıcı maddələr

360490000

Yalnız Müdafiə Nazirliyi tərəfindən gətirilən siqnal, yağış raketləri, dumana qarşı raketlər

Qrup 37

370110100

Tibbi, stomatoloji və ya baytarlıq məqsədləri üçün fotoplastinlər

370210000

Rentgen plyonkaları

Qrup 38

3801-3804

Başqa kimyəvi məhsullar

3808 Д°nsektisidlЙ™r, rodensitlЙ™r, fungisidlЙ™r, herbisidlЙ™r, bitkilЙ™rin boyartД±mД±nД± tЙ™nzimlЙ™yЙ™n vasitЙ™lЙ™r, dezinfeksiyaedici vЙ™ ona oxЕџar vasitЙ™lЙ™r

Qrup 39

390110100;
3901200000;
3902-3914;
392030000

Polimer materialları, o cümlədən alçaq təzyiqli polietilen

Qrup 40

4001-4008

Kauçuk

401199100

Kənd və meşə təsərrüfatında istifadə olunan mexanizmlər üçün şinlər (traktorlar, kombaynlar, biçin və toxumsəpən maşınlar)

Qrup 44

4406

Dəmir yolu üçün şpallar

Qrup 45

45

Mantar

Qrup 47

470100-4706

Oduncaqdan və ya digər lifli sellüloza materiallarından kağız, karton kütlələri

Qrup 48

480100 QЙ™zet kaДџД±zД±

Qrup 49

4901; 4901

Çap olunmuş kitab, qəzet və jurnallar

490700100

Poçt markaları

490700300-
490700990

Qiymətli kağızlar

Qrup 50

500100000 Baramaqurdunun baraması, yumaq üçün yararlı

Qrup 69

6903

Odadavamlı keramik məmulatlar

Qrup 71

7102

Almazlar

711510000

Platindən məftil, tor və ya reşotka formasında olan katalizatorlar

711021000

Palladium

Qrup 72

7201

Çuqun

7202

Ferroərintilər

7203100000

Dəmir filizinin birbaşa bərpası üçün məhsul (okatiş)

720917900;
720927100;
721123910

В«ElektrotexnikiВ» polad

721499610

Yalnız məişət soyuducularının istehsalı üçün gətirilən polad təbəqə

Qrup 73

7302

Dəmir yolu və ya tramvay yolu üçün məmulatlar, relslər

730810000

Körpülər və onların seksiyaları

730840900

Tikintidə istifadə olunan metal dayaqlar, bərkedici məmulatlar

730890100

Şlüzlər, şlüz qapıları, doklar və digər dəniz və gəmiçilik konstruksiyaları

Qrup 74

7401-7407

Mis

7412

Borular və ya borucuqlar üçün mis fitinqlər (məsələn, mufta, dirsək, flans və s.)

740811000

Mis məftilləri en kəsiyi 6 mm-dən yuxarı

74199900

Mis kristallaşdırıcıları yalnız metallurgiya sənayesi üçün gətirildikdə

Qrup 75

75

Nikel

Qrup 76

7601-7608;
760900000

Alüminium və alüminium lövhələri, rulonları, məftilləri

Qrup 78

78

Qurğuşun

Qrup 79

79

Sink

Qrup 80

80

Qalay

Qrup 81

81

Başqa adi metallar (volfram, molibden, tantal kadmium, titan, sirkonium, xrom, germanium) və onlardan hazırlanmış məmulatlar

Qrup 84

8401-8409

Mərkəzi istilik sistemi qazanları və onların yardımçı avadanlıqları, qazogeneratorlar, turbinlər, daxili yanacaq mühərrikləri, onların hissələri

8410-8412

Hidro və qaz turbinləri, turboreaktiv və hidroreaktiv, pər və hidravlik mühərriklər

841340000

Betononasoslar

841330100;
841350100-
843370990

Mülki aviasiya üçün hidravlik və digər nasoslar bir və çoxmərhələli nasoslar

841430

Kompressorlar

841480100-
841480710

Turbo və rotorlu həcmli kompressorlar

841590100

Kondisioner qurğularının hissələri

8417

Qeyri-elektrik sənaye və laboratoriya sobaları, kameraları

841899900

Yalnız məişət soyuducuları üçün buxarlandırıcı panel

841911000-
841960000

Ətalətsiz su qızdırıcıları və ya istilik su yığıcıları (akkumulyatorlar)

841989100-
841990950

Soyuducu və qızdırıcı qurğular

8420

Kalandrlı və başqa vallı (rolikli) maşınlar

842481-
842490000

Maye və toz səpələyən mexaniki qurğular, yanğınsöndürücülər

8425

Qaldırıcı qurğular

8426

Gəmi derrik-kranları və digər qaldırıcı kranlar

8427

Avtoyükləyicilər və qaldırıcı və yükləmə-boşaltma qurğuları olan digər avtoyükləyicilər

8428

Qaldırıcı və yer dəyişdirici maşınlar və qurğular (məsələn: liftlər, eskalatorlar, konveyerlər, kanat yolları)

8429

Buldozerlər, avtoqreyderlər, ekskavatorlar, skreperlər, hamarlayıcı maşınlar

8430

Torpağın hamarlaşdırılması, qazılması, faydalı qazıntıların və ya filizlərin götürülməsi, qar təmizlənməsi üçün istifadə olunan maşın və mexanizmlər

8431

8425-8430 mal mövqelərində göstərilən avadanlıqların hissələri

8432-8436

Torpağın hazırlanması və becərilməsi üçün kənd təsərrüfatı, bağ və ya meşə təsərrüfatı maşınları, kənd təsərrüfatı məhsullarının yığılması və ya döyülməsi, saman və ot yığıcı, bərkidici, yumurta və digər kənd təsərrüfatı məhsullarını çeşidləyici maşın və mexanizmləri, quşçuluq, arıçılıq, sağım aparatı və avadanlığı, habelə südün emalı avadanlığı

8437

Toxum və taxıl bitkilərinin təmizlənməsi üçün maşınlar, un sənayesi, taxıl və ya digər dənli bitkilərin emalı üçün avadanlıqlar

8438

Yeyinti sənayesi üçün avadanlıqlar

8439-8444

Bitki mənşəli materiallarının liflərindən kütlənin kağız, karton məmulatlarının istehsalı üçün avadanlıqlar, mətbəə avadanlıqları

8445-8449

Toxuculuq sənayesi üçün avadanlıqlar

8453-8466

Dəri aşılamaq üçün avadanlıqlar, metal emalı üçün dəzgahlar

847130000;
847141;
847160;
847170

Hesablayıcı maşınlar və onların blokları (zavod buraxılış müddəti 1 ilə qədər olan)

847330100

Elektron bloklar

8474-8475

Mineral qazıntılar üçün avadanlıqlar

8477-8480

Rezin və ya plastmass, tütün istehsalı üçün avadanlıqlar, xüsusi təyinatlı maşın, mexanizmlər, metal tökmə formaları, modelləri

848200000;
848280000

Yalnız metallurgiya sənayesinin texnoloji xətləri, lokomotivlər, vaqonlar və tramvaylar üçün gətirilən konus və şar rolikli yastıqlı diyircək komplektləri

8483

Transmissiya valları, dişli təkərlər, reduksiya mexanizmləri, muftalar və digər mexanizm hissələri

8484-8485

Metal aralıq və doldurucuları, gəmi vintləri və onun hissələri

Qrup 85

850120

Universal dəyişən daimi cərəyan mühərrikləri (gücü 37.5 vt-dan yuxarı)

850131100

Mülki aviasiya üçün daimi cərəyan generatorları

850132100

Mülki aviasiya üçün mühərriklər və generatorlar (gücü 750 vt-dan 75 kvt-a qədər)

850133100;
850134;
850151100;
850152100

Mülki aviasiya üçün elektrik mühərrikləri

850153100;
850153500;
850153390;
850153990

Gücü 75 kvt-dan yuxarı olan elektrik mühərrikləri

850211100

Mülki aviasiya üçün gücü 75 kvt-a qədər olan elektrogenerator qurğuları

850212-850213

Gücü 75 kvt-dan yuxarı elektrogenerator qurğuları

850220100

Mülki aviasiya üçün daxili yanacaq mühərrikləri olan elektrogeneratorlar

850239

Turbogeneratorlar, mülki aviasiya üçün digər elektrogeneratorlar

850240

Fırlanan elektrik çeviriciləri

850300

8501 və ya 8502 mal mövqeləri üçün hissələr

8504-8505

Transformatorlar, elektrik çeviriciləri, elektromaqnitlər

8514

Sənaye və laboratoriyalar üçün elektrik soba və kameralar

851750100

Kommutatorlar, aparıcı tezlikdə xətli rabitə və ya rəqəmli xətli rabitə sistemləri üçün aparatlar 851750100 mal mövqeyi üçün hissələr

851790;

852290910

Elektron blokları, hissələri və ləvazimatları

852510100

Radiotelefon, radioteleqraf, radioyayım, televiziya verici aparaturası

852520100

Mülki aviasiya üçün teleqraf və ya telefon radioaparaturası

852530100

Televiziya kameraları

8526

Radiolokasiya, radionavqasiya avadanlıqları, uzaqdan idarəedilən radioaparatlar

852990700

Elektrik bloklar (8525-8528 mal mövqeləri üçün)

8530

Elektrik siqnalizasiya qurğuları

8531 Yalnız hava limanlarının təhlükəsizliyini təmin etmək üçün onların ərazisinin perimetri boyu elektron mühafizə hasarı sisteminin tərkibinə daxil olan cihazlar, avadanlıqlar və materiallar

8532

Elektrik kondensatorları

8533-8536

Rezistorlar, çoxsaylı çap sxemləri, elektrik qoruyucuları

8537

Elektrik avadanlıqları üçün kommutasiya pultları, panelləri

8538

Ehtiyat hissələri (8535, 8536 və ya 8537 mal mövqeləri üçün)

853990100

Lampaların sokolları

8540;
8541;
8543

Elektron lampaları və boruları, tranzistorlar, inteqral və mikrosxemlər, mikroprosessorlar, yaddaş qurğuları, maşınlar və digər elektrik cihazları

Qrup 86

86

Lokomotivlər

Qrup 87

8701

Traktorlar

8703

Yalnız yol təhlükəsizliyini təmin etmək üçün idxal olunan xüsusi təyinatlı patrul-keşik avtomobilləri (zavod-buraxılış tarixi 1 ilə qədər və istismarda olmamış avtomobillər)

870323199

Yalnız tibbi məqsədlər üçün xüsusi təyinatlı avtomobillər

8705

Xüsusi təyinatlı avtomaşınlar

870600

Mühərrik quraşdırılmış şassi (yalnız 8701; 8702; 8704 qrupları üzrə yığılması üçün gətirildikdə)

870790100

Kuzovlar

8707-8708

Ehtiyat hissələri (yalnız 8701 qrupu üçün)

8709-8710

Qısa məsafələrə yüklərin, radioaktiv maddələrin daşınması üçün nəqliyyat vasitələri, hərbi və döyüş nəqliyyat vasitələri, maşınları

8711 Yalnız yol polisi üçün xüsusi təchiz edilmiş eskort motosiklləri (zavod-buraxılış tarixi 1 ilə qədər və istismarda olmamış motosikllər)

8713; 871420000

Əlil arabaları və onların ehtiyat hissələri

871620

Kənd təsərrüfatı üçün qoşqular və yarımqoşqular

871639100

Təyinatlı yüksəkradioaktiv materialların daşınması üçün olan qoşqular və yarımqoşqular

Qrup 88

88

Uçuş aparatları

Qrup 89

8901-8902

Gəmilər

8904-8908

Buksir gəmiləri, üzən qazma qurğuları

Qrup 90

9001; 900290100

Lifli-optik kabellər, optik elementlər

901041000;

Yarımkeçirici lövhələrə sxemləri çəkən avadanlıqlar

9011-9013

Mürəkkəb mikroskoplar, difraksiya aparatları, maye kristallarda qurğular, periskoplar, teleskopik qurğular

901420

Aeronaviqasiya və kosmiknaviqasiya cihazları

9015

Topoqrafik, hidroqrafik, geofizik və meteoroloji cihazlar, alətlər

9018-9019

Tibb, baytarlıq cihazları və qurğuları, alətləri, iynələr (şprislər), mexanoterapiya və süni nəfəsvermə aparatları

902111000-
19900

Ortopedik vasitələr, protezlər

902130-
902190900

Göz protezləri, eşitmə aparatları, kardiostimulyatorlar və onların hissələri

9022-9024

Rentgen, qamma, beta şüalanma mənbələrinə malik olan avadanlıqlar, elmi-tədqiqat cihazları, materialların mexaniki xüsusiyyətlərini yoxlayan cihazlar

9025-9030

Aerometrlər, termometrlər, barometrlər, maye və qaz ölçü aparatları və ya cihazları, qaz, su elektrik enerjisi hesablayıcıları, ossiloskoplar və spektrometrlər

903180100

Mülki aviasiya üçün ölçü cihazları

903210100;
903220100;
903281100;
903289100;
903290100

Mülki aviasiya üçün avtomatik tənzimləmə və ya idarəetmə cihazları və aparatları

Qrup 93

93010000;
9302

Silah və sursatlar

9305-9306

Silahın hissələri və sursatlar

Qrup 97

97

Sənət əsərləri

Qeyd:

1. Əlavə dəyər vergisindən azad olunan mallar xarici iqtisadi fəaliyyətdəki nomenklatur üzrə kodlarla müəyyən edilir.

2. Bu siyahıda 84-cü və 85-ci mal qruplarında göstərilən avadanlıqlar, texnologiya xətləri, qurğular, maşınlar və mexanizmlərin istehsal-buraxılış tarixindən 2 ildən artıq ötdüyü təqdirdə əlavə dəyər vergisinə cəlb olunur.


В© LegalActs LLC