«Taxıl haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə


Relizin Tarixi: 14.06.2016

«Taxıl haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

«Taxıl haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

«Taxıl haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 491; 2004, № 2, maddə 57; 2007, № 5, maddə 397; 2011, № 2, maddə 71; 2014, № 11, maddə 1373) aşağıdakı məzmunda 6.8-ci və 11.5-ci maddələr əlavə edilsin:

«6.8. Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.».

«11.5. Genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.».

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 14 iyun 2016-cı il

№ 288-VQD

«Respublika» qəzetində dərc edilmişdir (21 iyul 2016-cı il, № 155) («LegalActs» LLC).

«Azərbaycan» qəzetində dərc edilmişdir (22 iyul 2016-cı il, № 156) («LegalActs» LLC).

© «LegalActs» LLC