«Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Relizin Tarixi: 31.05.2016
«Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, «Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununu «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1396-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
«Terrorçuluğa qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 475; 2001, № 11, maddə 676; 2002, № 5, maddə 258; 2004, № 3, maddə 133; 2005, № 10, maddə 871; 2009, № 2, maddə 46; 2010, № 3, maddə 178; 2014, № 4, maddə 329) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin ikinci abzasına «digər hərəkətlər» sözlərindən sonra «(terror aktı)» sözləri əlavə edilsin.
2. 1-ci maddənin yeddinci və doqquzuncu (hər iki halda) abzaslarında, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində, 10-cu maddənin birinci və üçüncü hissələrində, 11-ci maddənin birinci hissəsində və 18-ci maddədə ismin müvafiq hallarında «terror aksiyaları» sözləri ismin müvafiq hallarında «terror aktları» sözləri ilə əvəz edilsin.
3. 1-ci maddənin yeddinci abzasında və 12-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında «terror aksiyası» sözləri «terror aktı» sözləri ilə əvəz edilsin.
4. 1-ci maddənin doqquzuncu abzasında «aksiyalarda» sözü «aktlarda» sözü ilə, 9-cu maddənin birinci hissəsinin 4-cü bəndində «aksiyaların» sözü «aktların» sözü ilə əvəz edilsin.
5. 11-ci maddənin və III Fəslin adlarında, 13-cü maddənin adında və birinci — dördüncü hissələrində «Terror aksiyaları» sözləri «Terror aktları» sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 31 may 2016-cı il
№ 266-VQD
«Azərbaycan» qəzetində dərc edilmişdir (5 iyul 2016-cı il, № 143) («LegalActs» LLC).
© «LegalActs» LLC