A.N. Qurbanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Relizin Tarixi: 24.06.2016
A.N. Qurbanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və «Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Abdulla Novruz oğlu Qurbanova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bakı şəhəri, 24 iyun 2016-cı il
№ 2178
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 iyun 2016-cı il, № 136) («LegalActs» LLC).
© «LegalActs» LLC