Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə


Relizin Tarixi: 09.01.2021

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası

Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə

Qərar № 6

Bakı şəhəri, 13 may 2016-cı il

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na uyğun olaraq və «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası qərara alır:

1. «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri təsdiq edilsin (əlavə olunur).

1-1. Nəzərə alınsın ki, bu qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür.

1-2. «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 1,00 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,90 manat təsdiq edilsin.

2. Çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərə görə ödənişlər binada yerləşən müvafiq istehlakçı qrupuna uyğun olaraq bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş tariflərlə, «Azəristiliktəchizat» Açıq Səhmdar Cəmiyyətinə isə fəaliyyət göstərdiyi inzibati ərazi vahidləri üzrə müvafiq əhali istehlakçı qrupu üçün təsdiq edilmiş tariflərlə həyata keçirilsin.

3. Sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə suyun istifadə təyinatından asılı olmayaraq 1 kub metr su üçün (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə 8,0 manat təsdiq edilsin.

4. Sayğac quraşdırılmayan əhali istehlakçı qrupu üzrə bir nəfər üçün aylıq su istehlakı norması 5,0 kub metr təsdiq edilsin.

5. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci və 2.2-ci sətirlərində nəzərdə tutulmuş tariflərlə tullantı sularının axıdılması xidmətinə görə ödəniş müvafiq xidmət şəbəkəsi mövcud olduğu təqdirdə həyata keçirilir.

6. Bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş tariflərdən əldə olunacaq əlavə gəlir ilk növbədə əhalinin su sayğacları ilə təmin edilməsinin sürətləndirilməsinə və itkilərin azaldılması ilə bağlı tədbirlərin görülməsinə yönəldilsin.

7. 2016-cı il may ayının 16-dək su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri bu qərardan əvvəl qüvvədə olmuş tariflərə uyğun olaraq hesablansın.

8. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:

8.1. «Azərsu» Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 6 yanvar tarixli 4 nömrəli Qərarı;

8.2. «Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 06 yanvar 2007-ci il tarixli, 04 nömrəli «Azərsu» Səhmdar Cəmiyyətinin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının və təsnifatının təsdiq edilməsi barədə» Qərarı»na əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 31 yanvar tarixli 1 nömrəli Qərarı.

9. «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının bəzi qərarlarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2012-ci il 13 iyul tarixli 1 nömrəli Qərarının 1.2-ci bəndi ləğv edilsin.

10. Bu qərar 16 may 2016-cı il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Şahin MUSTAFAYEV

28 noyabr 2016-cı il tarixli, 14 nömrəli; 30 yanvar 2021-ci il tarixli, 5 nömrəli (2021-ci il 1 fevral tarixindən qüvvəyə minir) Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının
2016-cı il 13 may tarixli
6 nömrəli qərarı ilə
təsdiq edilmişdir

«Azərsu» Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri

Xidmət növü
(istehlakçı qrupu üzrə)

Ölçü vahidi

Tariflər
(ƏDV ilə, manat)

I

II

III

IV

1.

Su təchizatı

1.1.

Əhali

1.1.1.

Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu

1 kub metr

0,70

1.1.2.

Digər inzibati ərazi vahidləri

1 kub metr

0,60

1.2.

Qeyri-əhali

1 kub metr

1,0

2.

Tullantı sularının axıdılması

2.1.

Əhali

1 kub metr

0,30

2.2.

Qeyri-əhali

1 kub metr

1,0


© «LegalActs» LLC