«Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası»na qoşulmaq barədə
Relizin Tarixi: 01.02.2016
«Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası»na qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası 1980-ci il aprelin 11-də Vyana şəhərində imzalanmış «Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası»na müvafiq bəyanatla qoşulsun.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 1 fevral 2016-cı il
№ 116-VQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (19 fevral 2016-cı il, № 38) («LegalActs» LLC).
© «LegalActs» LLC