«Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya»nın təsdiq edilməsi haqqında
Relizin Tarixi: 30.09.2014
«Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya»nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış «Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya» Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 30 sentyabr 2014-cü il
№ 1022-IVQ
«Respublika» qəzetində dərc edilmişdir (19 noyabr 2014-cü il, № 252) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (20 noyabr 2014-cü il, № 253) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir ( 30 noyabr 2014-cü il, № 11, maddə 1331) («LegalActs» LLC).
© «LegalActs» LLC