Azərbaycan Respublikası tərəfindən Çexiya Respublikasının dövlət müstəqilliyinin tanınması barədə
Relizin Tarixi: 27.01.1993
Azərbaycan Respublikası Milli Məclisi
Azərbaycan Respublikası tərəfindən
Çexiya Respublikasının dövlət müstəqilliyinin
tanınması barədə
Qərar № 481
Bakı şəhəri, 27 yanvar 1993-cü il
Çexiya və Slovakiya Federativ Respublikasının dövlət kimi mövcudluğunun dayandırılması haqqında Çexiya və Slovakiya Federativ Respublikasının Federal Məclisi tərəfindən 1992-ci il noyabrın 25-də qəbul edilmiş qanunu və bu qanuna uyğun olaraq 1992-ci il dekabrın 31-də Çexiya və Slovakiya Federativ Respublikasının bir dövlət kimi süqut etməsini və Çex Respublikasının yaranmasını, Çexiya Milli Məclisinin dünya parlamentlərinə və xalqlarına müraciətini nəzərə alaraq, Azərbaycan Respublikasının sülhsevər xarici siyasət yeritməsini əsas götürərək Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Çexiya Respublikasının dövlət müstəqilliyini tanıyır, onu dünya birliyinin bərabər hüquqlu üzvü kimi qəbul edir və onunla diplomatik, siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və humanitar əməkdaşlıq etməyə hazır olduğunu bildirir.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV
«Azərbaycan» qəzetində dərc edilmişdir (29 yanvr 1993-cü il, № 18) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (1993-cü il, № 2 (879), maddə 58) («LegalActs» LLC).
© LegalActs LLC