Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərində (onların obyektlərində) xidmətin sertifikatlaşdırılması üzrə


Relizin Tarixi: 03.09.2001

Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərində (onların obyektlərində) xidmətin sertifikatlaşdırılması üzrə TƏ`LİMAT

«Qeydiyyata alınıb»

Ədliyyə Nazirliyi

Nazir
S.Həsənova

30 may 1998-ci il
№ 105

«Təsdiq edirəm»

Azərbaycan Respublikası
Ticarət Nazirliyi

Birinci müavin
F.Əliyev

25 may 1998-ci il
№ 35/u

Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərində (onların obyektlərində) xidmətin sertifikatlaşdırılması üzrə
TƏLİMAT

Bu Təlimat «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli, 80 saylı qərarına uyğun olaraq hazırlanmışdır.

I. Ümumi müddəalar

1.1. Təlimatda göstərilən ticarət (topdan, pərakəndə), məişət və digər növ xidmət sahələrində xidmətin sertifikatlaşdırılması qaydası mülkiyyət formasından asılı olmayaraq bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (sonradan «təsərrüfat subyektləri»), onların obyektlərinə (fəaliyyətin birbaşa icra olunduğu yer) şamil edilir.

1.2. Ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət, hüquqi dövlət sənədlərinə (qeydiyyat haqqında şəhadətnaməyə, xüsusi razılığa, lisenziyalara və s.) və xidmət sertifikatına əsasən həyata keçirilir.

1.3. Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmətlərin sertifikatlaşdırılması üzrə normativ sənədlər:

a) «Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektlərinin təsnifatı» (Əlavə 1);

b) «Ticarət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional-kommersiya xüsusiyyətləri» (Əlavə 2);

v) «Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektləri üzrə əsas tələblər» (Əlavə 3);

q) «Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin təsnifatı» (Əlavə 4);

d) «Məişət və digər xidmət obyektlərinin əsas növlərinin xarakteristikası» (Əlavə 5);

e) «Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblər» (Əlavə 6) əsasında həyata keçirilir.

1.4. Təsərrüfat subyektlərinə (onların obyektlərinə) hər bir növ ticarət, xidmət obyekti üçün müəyyən edilmiş tələblər əsasında bu təlimata uyğun olaraq 7 №-li Əlavədə nəzərdə tutulmuş formada «Sertifikat» verilir.

1.5. Fəaliyyətdə olan, həmçinin fəaliyyətə başlayacaq obyekt onun aid olduğu hüquqi və ya fiziki şəxs tərəfindən, ona (obyektə) xidmət sertifikatı verilməsi haqqında məsələ qaldırır.

Ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə xidmət sertifikatı qüvvədə olan qanunvericiliyə uyğun olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilir.

1.6. Təsərrüfat subyektlərinə sertifikatlar, onların (sertifikatların) hazırlanmasına çəkilmiş xərclər ödənilməklə verilir.

1.7. Əgər obyekt əvvəllər ona verilmiş sertifikat üzrə mövcud olan əsas tələblərə cavab vermirsə, sertifikat vermiş orqan aşkara çıxarılmış çatışmazlıqların aradan qaldırılması üçün obyektə 1 aydan çox olmayaraq müvafiq müddət müəyyən edir. Bu müddət ərzində mövcud çatışmazlıqlar aradan qaldırılmazsa, obyektin sertifikatdan məhrum edilməsi haqda məsələ qaldırılır.

II. Ticarət, məişət və digər növ xidmət obyektlərinə xidmət sertifikatının verilməsi qaydası

2.1. Obyektə sertifikat verilməsi üçün, onun mülkiyyətçisi və ya rəhbəri sertifikatlaşmanı həyata keçirən orqana 8 №-li əlavəyə uyğun formada müraciət təqdim edir.

2.2. Sertifikatlaşma komissiyası, müraciətçi tərəfindən və ya qarşılıqlı razılıq əsasında müəyyən edilmiş vaxtda sertifikatlaşdırılacaq obyektdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən təsdiq edilmiş ticarət, məişət və digər növ xidmət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional kommersiya xüsusiyyətlərinə; Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət, məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblərə uyğun olaraq baxış keçirir və nəticə üzrə rəy verir.

2.3. Obyektə sertifikat verilməsi haqqında qərar sertifikatlaşma komissiyasının rəyi əsasında verilir.

Qərar müəyyən edilmiş sənədlər paketi təqdim edildiyi tarixdən 15 gün müddətində qəbul edilir.

2.4. Sertifikat iki nüsxədə tərtib edilir. Onlardan biri qərar qəbul edildikdən sonra 5 gündən gec olmayaraq müraciətçiyə verilir, digəri isə sertifikat verən orqanda qalır.

Sertifikat verildiyi gündən 2 il müddətində etibarlıdır.

III. Sertifikat verilməsi üzrə komissiyanın tərkibi və vəzifələri

3.1.Ticarət, məişət və digər növ xidmət obyektlərinə xidmət sertifikatın verilməsi üzrə komissiya İqtisadi İnkişaf Nazirinin əmri ilə 5 nəfər tərkibdən ibarət yaradılır.

3.2. Komissiya aşağıdakı əsas vəzifələri yerinə yetirir:

  • obyektə xidmət sertifikatı verilməsi haqqında sənədlərin tərtib edilməsi üzrə hüquqi və fiziki şəxslərə metodoloji məsləhətlər verir;
  • obyektin növündən asılı olaraq onun üçün müəyyən edilmiş əsas tələblərə uyğunluğunu yerində araşdırır;
  • araşdırmanın nəticələri üzrə rəy verir və burada ona sertifikat verilməsi haqqında nəticə çıxarır: ya sertifikat verilməsi üçün yerinə yetirilməli olan tələbləri (yeni fəaliyyətə başlayacaq obyekt üzrə) və ya obyektin sertifikatının geri alınması səbəblərini (sertifikatlı fəaliyyətdə olan obyekt üzrə) əsaslandırır;
  • obyektlərə, onlar üzrə müəyyən edilmiş əsas tələblərə uyğunluğu üzrə xidmət sertifikatı verir, onların uçot və qeydiyyatını aparır, ləğv edilmiş sertifikatları geri alır.

«Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (1999-cu il, № 4, səh. 37) («LegalActs» LLC).

3 sentyabr 2001-ci il tarixli, 20 nömrəli Əmrə əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).


Əlavə №1

Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektlərinin təsnifatı

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən pərakəndə ticarət obyektlərinin aşağıdakı növləri vardır:

1. İri ticarət mərkəzləri:

  • supermarket;
  • yarmarka;
  • ticarət cərgəsi;
  • mini-market;

2. Dükanlar:

  • qeyri-ərzaq malları;
  • mebel;
  • təsərrüfat malları;
  • inşaat və tikinti materialları;
  • maşınlar və onlar üçün ehtiyat hissələri;
  • məktəb və məktəb ləvazimatları;
  • ayrı-ayrı qeyri-ərzaq malları üzrə ixtisaslaşmış (ayaqqabı, paltar, ətriyyat və s.);
  • qızıl və qızıl məmulatları;
  • kitablar;
  • texniki-mürəkkəb mallar;
  • uşaqlar üçün mallar;
  • ərzaq malları;
  • meyvə-tərəvəz;
  • çörək və çörək-bulka məmulatları;
  • qənnadı malları;
  • ayrı-ayrı ərzaq malları üzrə ixtisaslaşmış (süd məhsulları, balıq, ət və s.);
  • gündəlik tələbat malları;

3. Köşklər:

  • xırdavat;
  • qəzet və jurnallar;
  • avtodükanlar;
  • səyyar ticarət vahidləri;
  • güllər.

Əlavə №2

Ticarət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional-kommersiya xüsusiyyətləri

1. Supermarketticarət sahəsi 1000 kv.m-dən yuxarı olub, ən müasir ticarət avadanlıqları ilə təmin edilmiş, geniş çeşiddə ərzaq, qeyri-ərzaq mallarının satışı ilə məşğul olan və istehlakçılara yüksək səviyyədə ticarət xidməti göstərən obyektdir.

Obyekt mal satışından əlavə, istehsal sahələrinə malik olmaqla bir sıra yarım fabrikatlar, qənnadı məhsulları və s. istehsal edə bilər. Alıcılara bir sıra xidmətlər göstərir (avtomobil dayanacağı, malların sifariş edilməsi və evlərə daşınması, iri həcmli malların göstərilən ünvanlara çatdırılması, obyektdən alınmış qeyri-ərzaq mallarının, geyimlərin alıcının ölçüsünə əsasən düzəldilməsi və s.).

Satış özünəxidmət üsulu və satıcı-məsləhətçilərin köməyi ilə həyata keçirilir. Ticarət sahəsindən asılı olaraq alıcı ilə hesablaşmaq üçün çıxışda bir neçə kassa aparatları quraşdırılır.

2. Yarmarkatəsərrüfat subyekti (hüquqi və ya fiziki şəxs) tərəfindən təşkil edilərək ayrı-ayrı hüquqi və fiziki şəxslərə icarəyə verilmiş köşklər və ticarət yerlərindən ibarətdir.

Geniş çeşiddə ərzaq və qeyri-ərzaq mallarının pərakəndə və topdan satışı ilə məşğul olur. Alıcılara bir sıra əlavə xidmətlər göstərir.

3. Ticarət cərgəsibir hüquqi və ya fiziki şəxsə məxsus bir sıra dükanlar cərgəsindən ibarət olub, əsasən müxtəlif cür mallar satır.

Bu növdən olan ticarət obyektlərinə «pasaj» deyilir.

4. «Mini market» — ticarət sahəsi 100 kv.m-dən 1000 kv.m-dək olub, ərzaq və qeyri-ərzaq üzrə gündəlik tələbat malları satışı ilə məşğul olan ticarət obyektidir. Əsasən qablaşdırılmış ərzaq mallarının satışı ilə məşğul olur. İri həcmli, texniki-mürəkkəb malların satışına icazə verilmir. Alıcılara yüksək səviyyədə ticarət xidməti göstərilir və hesablaşmalar kassa aparatı vasitəsilə həyata keçirilir.

5. Ərzaq malları dükanıticarət sahəsi 100 kv.m-dən yuxarı olub, ticarətin təşkili üçün lazım olan avadanlıqlarla təchiz edilmiş ticarət obyektidir.

Bu obyektlərdə malların mövcud çeşiddə nümayiş etdirilməsi üçün açıq və qapalı soyuducu vitrinlər, piştaxtalar, elektron tərəzilər, xüsusi qablar və s. olmalıdır. Satış özünəxidmət və ya satıcı vasitəsi ilə həyata keçirilir.

6. Qeyri-ərzaq malları dükanıticarət sahəsi 100 kv.m-dən yuxarı olub, müvafiq ticarət avadanlıqları ilə təchiz edilmiş ticarət obyektidir. Onlar ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşa bilərlər (paltar, ayaqqabı, ətriyyat, kişi və qadın geyimləri və s.).

Alıcılar tərəfindən alınmış (və ya alınacaq) geyimlərin geyinilərək baxılması üçün xüsusi kabinələr olmalıdır. Alıcı ilə hesablaşma kassa vasitəsi ilə aparılır.

7. Ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşmış dükanlarticarət sahəsi 100—1000 kv.m-dək olub, ayrı-ayrı qeyri-ərzaq mallarının satışı ilə məşğul olur. İxtisaslaşmasına uyğun olaraq avadanlıqlarla təmin olunur (mebel, tikinti materialları, paltar, ayaqqabı, təsərrüfat malları, ətriyyat və s.).

8. Meyvə-tərəvəz dükanıticarət sahəsi 50 kv.m-dən yuxarı olub, meyvə-tərəvəz satışı üçün lazım olan avadanlıqlara malik olan ticarət obyektidir. Tez xarab olan meyvələrin saxlanılması üçün bu obyektlər anbarlara və xüsusi soyuducu avadanlıqlara malik olmalıdırlar. Anbar sahəsində iri həcmli soyuducular (2—4—6 t) qurulmalıdır. Alıcılarla hesablaşmalar kassa vasitəsi ilə aparılır. Ticarət zalında onların fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar olmalıdır.

9. Kitab dükanıdərsliklərin, bədii və siyasi kitabların, məktəb ləvazimatlarının satışı ilə məşğul olan, ticarət sahəsi 50 kv.m-dən az olmayan ticarət obyektidir. Alıcılarla hesablaşmalar kassa aparatı vasitəsi ilə aparılır.

10. Qəzet və jurnal satan köşkqəzet və jurnallarla yanaşı bəzi malların (qələm, kağız, dəftər, bəzi qeyri-ərzaq, xırdavat malları) satışı ilə məşğul olan ticarət vahididir.

Ticarət sahəsi 6 kv.m-ə qədər olan köşklərdə satış zamanı kassa aparatlarından istifadə edilmir.

11. Xırdavat malları satan köşkbelə köşklər ərzaq və qeyri-ərzaq malları satışı ilə məşğul ola bilər.

Lazımi şəraiti olmayan köşklərdə, tez xarab olan ərzaq mallarının satışına icazə verilmir.

Köşklərdə yalnız qablaşdırılmış ərzaq məhsulları satıla bilər.

12. Malların topdansatışı ilə məşğul olan dükanlarmalların iri partiyalarla satışı ilə məşğul olan ticarət obyektləridir. Bu obyektlər ərzaq və qeyri-ərzaq mallarının topdan satışı üzrə ixtisaslaşa bilərlər. Topdan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.

Topdansatış obyektləri mal ehtiyatlarının saxlanılması üçün xüsusi avadanlıqlarla təmin edilməlidirlər. Alıcılarla hesablaşmalar qeyri-nağd və ya nağd formada kassa vasitəsi ilə həyata keçirilir.

Qeyd: Bütün ticarət obyektlərində qiymət kağızları Azərbaycan dilində tərtib edilməlidir. Obyektlərin önündə onun iş rejimini, adını, sahibkarın (mülkiyyətçinin) ünvanını göstərən lövhə asılmalıdır. Həmçinin obyektlərdə alıcılar üçün görünməsi mümkün yerdə ticarət fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar olmalıdır.


Əlavə №3

Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektləri üzrə əsas tələblər

Obyektlərin növləri

Obyekt üzrə əsas tələblər

Supermarket

Yarmarka

Ticarət cərgəsi

Minimarket

Qeyri-ərzaq dükanı

İri ərzaq dükanı

İxtisaslaşmış ərzaq və q/ərzaq dükanı

Meyvə-tərəvəz dükanı

Kitab dükanı

Köşklər

Topdan ticarətlə məşğul olan baza və dükanlar

1

Ümumi ticarət sahəsi (kv.m)

1000—5000

2000—10000

500—2000

50—250

100—1000

100—1000

100—1000

50—300

50—100

6—20

50—200

2

Anbar sahəsi (kv.m)

1000—3000

1000—3000

100—500

50—150

100—300

100—300

100—300

100—200

50—60

100—500

3

İstehsal sahələri

+

+

+

4

Soyuducular (şkaflar, açıq və qapalı vitrinlər)

+

+

+

+

+

+

+

+

5

Mal ehtiyatları üçün iri həcmli soyuducular (2, 4, 6 və ya çox ton)

+

+

+

+

+

+

+

+

+

6

Kassa aparatları

+

+

+

+

+

+

+

+

+

+

7

Elektron tərəzilər

+

+

+

+

+

+

+

+

8

Avtomobil dayanacağı

+

+

+

9

Satılan mallara uyğun olaraq müasir ticarət avadanlıqları

+

+

+

+

+

+

+

+

+

+

+

10

Texniki mürəkkəb malların satışqabağı yoxlanılması (ticarətqabağı servis)

+

+

+

+

+

11

Geyim və paltarların ölçüyə görə istehlakçı tərəfindən yoxlanılması üçün kabinələr

+

+

+

+

+

12

Ticarət obyekti işçilərinin xüsusi geyim formaları ilə təmin edilməsi

+

+

+

+

+

+

+

+

+

+

+

13

İstehlakçıya əlavə xidmətlərin göstərilməsi

+

+

+

+

+

+

+

+

+

14

Ticarət fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar

+

+

+

+

+

+

+

+

+

+

+

15

Vergi orqanlarında qeydiyyatı haqqında sənəd (qeydiyyat şəhadətnaməsi, xüsusi razılıq, lisenziya, VÖİN)

+

+

+

+

+

+

+

+

+

+

+

16

Xidmət sertifikatı

+

+

+

+

+

+

+

+

+

+

+

17

Hava dəyişmə sistemi

+

+

+

18

İşçi heyəti üçün otaq

+

+

+

19

Taraların və tullantıların saxlanılması üçün otaq

+

+

+

+

+

+

+

20

Malların saxlanılması qaydalarına riayət

+

+

+

+

+

+

+

+

+

+

21

Ticarət prosesləri qaydalarına riayət

+

+

+

+

+

+

+

+

22

Yanğın və texniki təhlükəsizlik qaydalarına riayət

+

+

+

+

+

+

+

+

+

+

+

Qeyd: Hər bir növ ticarət obyekti üzrə digər tələblər Ticarət Nazirliyi tərəfindən əsas tələblərə müvafiq olaraq hazırlanır və təsdiq edilir.


Əlavə №4

Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin təsnifatı

Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin aşağıdakı növləri vardır:

1. Bərbərxana.

2. Dərzixana.

3. Camaşırxana.

4. Emalatxanalar:

  • ayaqqabıların təmiri və tikişi;
  • məişət maşınlarının və cihazlarının təmiri;
  • oyma;
  • tikili malların və xəz-dəri məmulatlarının təmiri;
  • zərgərlik məmulatlarının düzəldilməsi və təmiri;
  • dəmir, metal məmulatlarının hazırlanması və təmiri;
  • paltarların kimyəvi təmizlənməsi.

5. Sexlər:

  • mebellərin hazırlanması və təmiri;
  • nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət;
  • şüşə və güzgü.

6. Digər xidmət obyektləri:

  • şəkilçəkmə və şəkil kino laboratoriyası;
  • səsyazma studiyası və audio-video kassetlərin kirayəsi, satışı;
  • əşyaların kirayə verilməsi;
  • sənədlərin surətlərinin çıxarılması;
  • toy və digər mərasimlərin keçirilməsi üçün zal;
  • avtomobillər üçün dayancaq.

Əlavə №5

Məişət və digər xidmət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional kommersiya xüsusiyyətləri

1. Bərbərxana (kişi, qadın)saçların qırxılması (düzəldilməsi), yuyulması və rənglənməsi, parik və şinyonların qoyulması, dırnaqların təmizlənməsi, pedikür və manikür olunması üçün müvafiq avadanlıqlarla təmin olunmuş məişət xidməti obyektidir. Bu obyektlərdə istehlakçıların gözləməsi və üst geyimlərinin saxlanılması üçün xüsusi sahələr ayrılmalıdır.

2. Dərzixanasifariş əsasında üst geyimlərin (kostyumlar, şalvarlar, palto və gödəkçələr, köynəklər, baş geyimləri və s.) tikişi və təmiri ilə məşğul olan, müvafiq avadanlıqlarla (tikiş maşınları, biçim-kəsici maşınlar və s.) təmin olunmuş məişət obyektidir. Müştərilərə mədəni xidmət göstərilməsini təmin etmək məqsədilə obyektlər geyinib-soyunma kabinələrinə, gözləmə otaqlarına və müasir dəbləri əks etdirən jurnallara və eskizlərə malik olmalıdırlar.

3. Camaşırxanaxidmət obyekti olub xüsusi avadanlıqlarla təmin olunmaqla sifariş əsasında paltarların, yataq ləvazimatlarının, iaşə obyektləri üçün süfrələrin, əl dəsmallarının və s. yuyulması ilə məşğul olur.

4. Ayaqqabıların təmiri və tikişi üzrə emalatxanasifariş əsasında ayaqqabıların tikilməsi, təmiri, təmizlənilməsi, rənglənməsi və onların ayrı-ayrı hissələrinin hazırlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu növ obyektlər qanunla müəyyən olunmuş qaydada xüsusi ayrılmış sahələrdə köşklər şəklində və ya binaların birinci mərtəbələrində, yaxud məişət evlərində yerləşdirilir.

5. Məişət maşın və cihazlarının təmiri emalatxanasıməişət maşın və cihazlarının (soyuducuların, tozsoranların, televizorların, saçqurudanların, velosipedlərin, musiqi alətlərinin, şirə və ət çəkən maşınların, hesablama və yazı maşınlarının və s.) təmiri, silinməsi və yağlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu obyektlər ayrı-ayrı maşın, cihaz və məişət texnikalarının təmiri üzrə ixtisaslaşa bilər. Onlar müvafiq avadanlıqlarla təmin edilməlidirlər.

6. Oyma emalatxanasıxidmət obyekti olub, sifariş əsasında hədiyyələrin üzərini, təbriklərin, dəvətnamələrin və s. oyma yolu ilə yazılmasını həyata keçirir.

7. Tikili malların və xəz-dəri məmulatlarının təmiri emalatxanasıpaltarların, baş geyimlərinin və xəz-dəri məmulatlarının təmiri və yenidən bərpası ilə məşğul olan xidmət obyektidir.

8. Zərgərlik məmulatlarının düzəldilməsi və təmiri emalatxanasıSifariş əsasında qızıl, gümüş və digər qiymətli daş-qaşlardan ziynət əşyalarının (üzük, sırğa, qolbaq və s.) düzəldilməsi və təmiri ilə məşğul olan xidmət obyektidir. Bu növ obyektlər müvafiq avadanlıq və təhlükəsizlik sistemləri ilə təmin edildikdən sonra fəaliyyət göstərir.

9. Dəmir, metal məmulatlarının hazırlanması və təmiri emalatxanasıonlar müvafiq ev və təsərrüfat inventarı üçün dəmir, metal məmulatların hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Obyektlər görülən işlərin (xidmətlərin) xüsusiyyətlərinə görə lazımi avadanlıq və otaq sahələri ilə təmin olunduqdan sonra fəaliyyət göstərirlər.

10. Paltarların kimyəvi təmizlənməsi emalatxanasıxidmət obyekti olub, paltarlardan və digər əşyalardan ləkələrin, çirklərin təmizlənməsi, həmçinin boyama üzrə xidmətlər göstərir.

11. Mebellərin hazırlanması və təmiri sexiyeni mebel dəstləri, ayrı-ayrı mebellərin (çarpayı, divan, şkaf və s.), döşəklərin hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Bu obyektlər lazımi bina və avadanlıqlarla, dəzgahlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər.

12. Nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət avtomobillərin, motosikletlərin və digər nəqliyyat vasitələrinin bütün və ayrı-ayrı hissələrinin təmiri, onlara texniki (yağlama, yuyulma və s.) xidmətlər göstərən obyektdir. Bu növ xidmətlər müvafiq şərait (binalar, avadanlıqlar, çilingərlər və s.) olduqda həyata keçirilir.

13. Şüşə və güzgü sexisifariş əsasında şüşələrin və güzgülərin ölçülər üzrə kəsilməsi, rənglənməsi və yerlərdə qoyulması ilə məşğul olan xidmət obyektidir.

14. Şəkilçəkmə və şəkil kino laboratoriyasıistənilən ölçüdə şəkil çəkilməsi və ya çəkilmiş lentlərin fotokağızlara köçürülməsi, yaxud lentlərin fotokağızlara köçürülməsi üçün kimyəvi maddələrin və materialların alıcılara satılması, həmçinin toyların, ad günlərinin və s. mərasimlərin lentə çəkilməsi üzrə xidmətlər göstərən məişət obyektidir. Obyektlər qeyd edilən işlərin yerinə yetirilməsi üçün müvafiq avadanlıqlarla təchiz edilməlidir.

15. Səsyazma studiyası və audio-video kassetlərin kirayəsi, satışıməişət obyekti olub, musiqi və mahnıların növlərinin kasetlərə, disklərə köçürülməsi və satışı, film və konsertlərin videokasetlərə köçürülməsi, onların kirayəyə verilməsi və satışı ilə məşğul olur. Konsert və filmlərin audio-video kasetlərə köçürülməsi və satışını xüsusi razılığa (patentə) əsasən həyata keçirir. Obyektlər xüsusi avadanlıqlarla təmin edildikdən sonra fəaliyyət göstərir.

16. Əşyaların kirayə verilməsi obyektitoy və digər şənliklər, yas mərasimləri və s. üçün lazım olan qab-qacaqların, mizlərin, çadırların və s. kirayə verilməsi ilə məşğul olur.

17. Sənədlərdən surətlərin çıxarılması üzrə məntəqə — sifariş əsasında sənədlərdən surətlərin çıxarılması və əlavə xidmətlərin göstərilməsi ilə məşğul olan xidmət obyektidir.

18. Toy və digər mərasimlərin keçirilməsi üçün zal — sifarişçilərə toy mərasimləri, ad günləri, banketlər və s. keçirilməsi üçün müəyyən müddətə kirayəyə verilən xidmət obyektidir. Bu növdən olan obyekt mərasim üçün nəzərdə tutulan avadanlıq, inventar və qab-qacaqlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər.

19. Avtomobillər üçün dayancaqavtomobillərin xüsusi ayrılmış yerlərdə saxlanılaraq qorunması üzrə xidmət göstərən obyektdir. Bu növ obyektlər xüsusi razılıq və vergi orqanlarında qeydiyyat haqqında sənədlərə malik olduqdan sonra fəaliyyət göstərirlər.


Əlavə №6

Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblər

Obyektlərin növləri

Obyekt üzrə əsas tələblər

Bərbərxana

Dərzixana

Camaşırxana

Ayaqqabıların tikişi və təmiri

Məişət maşın və cihazların təmiri

Oyma emalatxanası

Tikiş və xəz-dəri məmulatlarının təmiri

Zərgərlik məmulatlarının düzəldilməsi və təmiri

Dəmir, metal məmulatlarının hazırlanması və təmiri

Paltarların kimyəvi təmizlənməsi

Mebellərin hazırlanması və təmiri

Nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət

Şüşə sexi

Şəkilçəkmə və şəkil-kino laboratoriyası

Səs yazma studiyası və audio-video kasetlərin kirayəsi, satışı

Əşyaların kirayəyə verilməsi

Sənədlərin surətlərinin çıxarılması

Toy və digər mərasimlərin keçirilməsi üçün zal

Avtomobillər üçün dayanacaq

1

Xüsusi avadanlıq və alətlərlə təminat

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

2

Gözləmə otaqları

+

+

+

+

+

+

+

+

+

+

+

+

3

Xidmət işçilərinin xüsusi geyim formaları ilə təmin edilməsi

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

4

İsti su təminatı, kanalizasiya xətlərinin olması

+

+

+

+

5

Paltarların soyunub-geyilməsi üçün kabinələr

+

+

6

Müasir dəbləri əks etdirən jurnal, eskiz və nümunələr

+

+

+

+

+

+

+

+

7

Xidmət göstərilməsi üçün xüsusi razılıq (patent)

+

8

Köşk şəklində xidmət göstərən obyektlərin fəaliyyəti və yerləşdirilməsi üçün icazə sənədləri

+

+

+

+

+

+

+

+

+

9

Əlavə xidmətlərin göstərilməsi

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

10

İlk tibbi yardım üçün dərman qutusu

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

11

Sanitar və yanğından mühafizə üçün ləvazimatlar

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

12

Xidmət fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

13

Vergi orqanlarında qeydiyyat haqqında sənəd

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

14

Xidmət sertifikatı

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+

+


Əlavə №7

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi

Xidmət
SERTİFİKATI
№ ____

_________________________________ ş.(r)

______________________________________

(şəhər, rayon)

(küçə, ev, qəsəbə, kənd)

______________________________________________________________________________

ünvanda yerləşən ___________________________________________ kv.m. (cəmi) sahəsi,

o cümlədən ______________________________________________________ kv.m. ticarət,

xidmət zalı olan _____________________________________________________________

______________________________________________________________________________

(təsərrüfat subyekti və onun obyektinin adı, təşkilati-hüquqi forması, növü)

Xidmət üzrə normativ sənədlərin tələblərinə cavab verir: ______________________

______________________________________________________________________________

(sənədin adı)

Sertifikatın verilməsi üçün əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il, 80 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları»;

Sertifikatı verən orqanın qərarı: №______ «____»__________________ 1998-ci il.

Sertifikat verildiyi gündən 2 il müddətində etibarlıdır.

Sertifikat verən orqanın rəhbəri
İmza adı, soyadı
M.Y.

«___»

_____________________

199_____il

(gün)

(ay)

(il)


Əlavə №8

Ticarət, məişət və digər növ xidmətlərin sertifikatlaşdırılması haqqında
obyekt rəhbərinin (mülkiyyətçisinin)

______________________________________

(sertifikat verən orqanın adı)

______________________________________

MÜRACİƏTİ

______________________________________________________________________________

(müraciətçi təsərrüfat subyektinin ünvanı)

ünvanında yerləşən ______________________________________________ fəaliyyəti ilə

məşğul olan __________________________________________________________________

(sədr, direktor, müdir, sahibkar, menecer və s.)

_______________________________________________________ şəxsində təmsil olunan

(soyadı, adı, atasının adı)

______________________________________________________________________________

(müraciətçi — təsərrüfat subyektinin və onun obyektinin adı)

________________________________________________________________________ əsasən

(sənədin adı, №-si, tarixi)

ticarət, xidmət obyekti üzrə əsas tələblərə uyğunluğunun sertifikatlaşdırılmasını təmin etməyinizi xahiş edirik.

Sertifikatlaşdırma _____________________________________________ aparılsın.

(gün, ay, il, saat)

Təsərrüfat subyekti və onun obyektinə dair aşağıdakı məlumatları təqdim edirik:

1. Təsərrüfat subyekti və onun obyektinin tam adı, növü, təşkilat-hüquqi forması

______________________________________________________________________________

______________________________________________________________________________

2. Obyektin ünvanı ____________________________________________________________

3. Təsərrüfat subyekti rəhbərinin soyadı, adı, atasının adı ____________________

______________________________________________________________________________

4. Telefonu __________________________________________________________________

5. Obyektin sahəsi (kv.m) _______________________________ o cümlədən:

  • ticarət, xidmət zalının _________________________________________________;
  • istehsal otaqlarının ___________________________________________________;
  • anbarların _____________________________________________________________.

Müraciətə əlavə olunur:

a) müraciətçi təsərrüfat subyektinin qeydiyyatı haqqında şəhadətnamənin surəti;

b) ticarət və ya xidmət sahəsində fəaliyyət göstərmək üçün hüquqi dövlət sənədinin (lisenziyasının, qərarın və s.) surəti;

v) sanitar-epidemioloji xidmət orqanının rəyinin surəti;

q) identifikasiya (VÖİN) nömrəsi.

Təsərrüfat subyektinin rəhbəri
İmza adı, soyadı
Baş mühasib
İmza adı, soyadı
M.Y.
Tarix «___»________________199_____ il

© LegalActs LLC