«Azərbaycan Respublikası xalq deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barəsində
Relizin Tarixi: 27.06.1991
Azərbaycan Respublikası Ali Soveti
«Azərbaycan Respublikası
xalq deputatının statusu haqqında»
Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi barəsində
Qərar № 150-XII
Bakı şəhəri, 27 iyun 1991-ci il
Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1. «Azərbaycan Respublikası xalq deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edildiyi gündən qüvvəyə minsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti «Azərbaycan Respublikası xalq deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Azərbaycan Respublikası qanunvericiliyinə dəyişiklik və əlavələr edilməsi barədə təklifləri 1991-ci il oktyabrın 1-dək Azərbaycan Respublikasının Ali Sovetinə təqdim etsin.
3. Naxçıvan Muxtar Respublikasının Ali Soveti muxtar respublika qanunvericiliyini «Azərbaycan Respublikası xalq deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırsın.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E. QAFAROVA.
«Həyat» qəzetində dərc edilmişdir (09 avqust 1991-ci il, № 152) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc olunmuşdur (№ 15-16 (844-845) 31 avqust 1991-ci il № 254) («LegalActs» LLC).
© LegalActs LLC