«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə


«Azərbaycan» qəzetində dərc olunmuşdur (15 avqust 1999-cu il, № 185) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 484)

Relizin Tarixi: 22.05.2007

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin ikinci abzasında nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin ayrılıqda siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin qanunun 6-cı maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış prekursorların siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin qanunun 6-cı maddəsinin dördüncü abzasında nəzərdə tutulmuş istifadə edilməsinin məqsədi göstərilməklə dövriyyəsinə Azərbaycan Respublikasının ərazisində yol verilən narkotik vasitələrin və psixotrop maddələrin ayrılıqda siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin qanunun 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop maddələrin istehsalında istifadə edilən və dövriyyəsinə nəzarət edilən avadanlığın siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin qanunun 6-cı maddəsinin 6-cı abzasında nəzərdə tutulmuş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi qaydasını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin yeddinci abzasında nəzərdə tutulmuş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların hazırlanmasında istifadə edilən avadanlığın istehsalının, saxlanılmasının, daşınmasının, göndərilməsinin, satılmasının, əldə edilməsinin, istifadə edilməsinin, idxalının və ixracının şərtlərini və qaydalarını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin səkkizinci abzasında nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop maddələrin təcrübəvi hazırlanması qaydasını təsdiq etsin və bu fəaliyyətlə məşğul olan dövlət orqanlarının dairəsini müəyyən etsin;
    • həmin qanunun 6-cı maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların Azərbaycan Respublikasının gömrük ərazisinə idxalı, ixracı və bu ərazidən tranzit nəql edilməsi qaydasını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin onuncu abzasında nəzərdə tutulmuş müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların məhv edilməsi qaydasını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin on birinci abzasında nəzərdə tutulmuş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankını təşkil etsin, həmin məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması qaydasını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin on ikinci abzasında nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasını və şərtlərini, habelə narkoloji xəstələr barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin on üçüncü abzasında nəzərdə tutulmuş qanunsuz dövriyyədən müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi məqsədəuyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi qaydasını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin on dördüncü abzasında nəzərdə tutulmuş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların istifadə edilməsi qaydalarını və şərtlərini, eləcə də tibbi tədbirlərin həyata keçirilməsi qaydalarını təsdiq etsin;
    • həmin qanunun 6-cı maddəsinin on beşinci abzasında nəzərdə tutulmuş narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə müvafiq proqramı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin qanunun 11-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş müalicə qaydalarını təsdiq etsin;
    • həmin qanunun 16-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş narkomanlar üçün məhdudiyyətlər qoyulmuş peşə növlərinin və vəzifələrin siyahısını müəyyən etsin;
    • həmin qanunun 17-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarını müəyyən etsin;
    • həmin qanunun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş tibbi müayinənin keçirilməsi qaydasını təsdiq etsin;
    • öz səlahiyyətləri daxilində «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tapşırılsın ki, bir ay müddətində:

3. Müəyyən edilsin ki:

    • «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci hissəsində, 6-cı maddəsinin 1-ci hissəsində, 9-cu maddəsinin 6-cı hissəsində, 11-ci maddəsinin 4-cü hissəsində «müalicə» sözündən sonra, 16-cı maddəsinin 3-cü hissəsində, 17-ci maddəsinin 3-cü hissəsində və 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
    • həmin qanunun 5-ci maddəsinin 3-cü hissəsində və 7-ci hissəsinin üçüncü və dördüncü cümlələrində, 11-ci maddəsinin 4-cü hisəsində «siyahısı» sözündən sonra və 27-ci maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
    • həmin qanunun 5-ci maddəsinin 5-ci hissəsində, 9-cu maddəsinin 4-cü hissəsində, 11-ci maddəsinin 6-cı hissəsində və 15-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
    • həmin qanunun 20-ci və 22-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər;
    • həmin qanunun 23-cü maddəsində, 24-cü maddəsinin 1-ci, 3-cü və 4-cü hissələrində, 25-ci maddəsində və 26-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirirlər;
    • həmin qanunun 27-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 avqust 1999-cu il

№ 174

«Azərbaycan» qəzetində dərc olunmuşdur (15 avqust 1999-cu il, № 185) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 484) («LegalActs» LLC).

24 avqust 2002-ci il tarixli, 758 nömrəli; 9 yanvar 2004-cü il tarixli, 12 nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).

22 may 2007-ci il tarixli, 578 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC