Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 174) «Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 1999-cu il, № 57)
Relizin Tarixi: 12.03.1999
Azərbaycan Respublikasının Prezidenti
yanında
Vətəndaşlıq Məsələləri Komissiyasının
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndində nəzərdə tutulan səlahiyyətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında aşağıdakı tərkibdə Vətəndaşlıq Məsələləri Komissiyası yaradılsın:
Komissiyanın sədri: | ||
Mehdiyev Ramiz Ənvər oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri. |
Komissiya sədrinin müavini: | ||
Cuvarlinski Arif Novruz oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Vətəndaşlıq və təltif məsələləri sektorunun müdiri. |
Komissiyanın üzvləri: | ||
Quluzadə Vəfa Mirzəağa oğlu | — | Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə Dövlət müşaviri; |
Əliyev Şahin Məhərrəm oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri; |
İsmayılov Süleyman Abbas oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Ümumi şöbəsinin müdiri; |
Ələsgərov Fuad Murtuz oğlu | — | Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri; |
Abbasov Namiq Rəşid oğlu | — | Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri |
Zülfüqarov Tofiq Nadir oğlu | — | Azərbaycan Respublikasının xarici işlər naziri |
Usubov Ramil İdris oğlu | — | Azərbaycan Respublikasının daxili işlər naziri |
2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılmaq üçün materialların hazırlanması Vətəndaşlıq və təltif məsələləri sektoruna həvalə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının yaradılması haqqında» 1991-ci il 13 aprel tarixli 20 nömrəli və 1992-ci il 15 iyul tarixli 30 nömrəli sərəncamları qüvvədən düşmüş hesab edilsin.
4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 12 mart 1999-cu il
№ 106
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 mart 1999-cu il, № 57) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 174) («LegalActs» LLC).
© LegalActs LLC