Azərbaycan Respublikasının «Şöhrət» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 680)
Relizin Tarixi: 19.10.2007Azərbaycan Respublikasının «Şöhrət» ordeninin
statutunun və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Şöhrət» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 dekabr 1993-cü il
№ 757
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 680) («LegalActs» LLC).
6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 460-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
757 saylı Qanunu ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikasının «Şöhrət» ordeninin
Statutu
1. Azərbaycan Respublikasının «Şöhrət» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
- iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
- sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
- sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;
- elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.
2. «Şöhrət» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Şərəf» ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının
1998-ci il 6 fevral tarixli,
429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.
«Şöhrət» ordeninin təsviri
«Şöhrət» ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir.
Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində «Şöhrət» sözü yazılmışdır.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
© LegalActs LLC