Azərbaycan Respublikasının «Hərbi xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında


Relizin Tarixi: 30.09.2013

Azərbaycan Respublikasının «Hərbi xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının
«Hərbi xidmətlərə görə» medalının
Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Hərbi xidmətlərə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 dekabr 1993-cü il

№ 759

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 682) («LegalActs»).

6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli; 30 mart 2004-cü il tarixli, 612-IIQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 728-IVQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs»).


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli,
759 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Hərbi xidmətlərə görə» medalı haqqında
Əsasnamə

1. Azərbaycan Respublikasının «Hərbi xidmətlərə görə» medalı Azərbaycan Respublikasının hərbi qulluqçularına aşağıdakılara görə verilir:

    • öz xidmət vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə;
    • dövlət sərhədlərinin qorunmasında xidmətlərinə görə.

2. «Hərbi xidmətlərə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Tərəqqi» medalından sonra taxılır.


Azərbaycan Respublikasının
1998-ci il 6 fevral tarixli,
429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Hərbi xidmətlərə görə» medalının təsviri

«Hərbi xidmətlərə görə» medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi ornamentli və mərkəzdən paylanan şüaları olan diametri 36 mm qalxanabənzər girdə lövhədən ibarətdir.

Qalxanın ortasında səkkizguşəli ulduz və ulduzun arxasında iki çarpaz qılınc təsvir olunmuşdur.

Arxa tərəfi hamar səthlidir, ortasında «Hərbi xidmətlərə görə» sözləri yazılmışdır, ondan aşağıda medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Açıq qəhvəyi rəngli xara lentin sağ və sol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.


© LegalActs