Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 683)
Relizin Tarixi: 05.03.2004Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Sərhəddə fərqlənməyə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 dekabr 1993-cü il
№ 760
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 683) («LegalActs»).
6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli; 17 may 2002-ci il tarixli, 326-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs»).
Azərbaycan
Respublikasının
1993-cü il 6 dekabr tarixli,
760 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.
«Sərhəddə
fərqlənməyə görə» medalı haqqında
Əsasnamə
1. «Sərhəddə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsində Azərbaycan Respublikası sərhəd qoşunlarının xüsusi fərqlənən hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.
2. Hərbi qulluqçular və digər şəxslər «Sərhəddə fərqlənməyə görə» medalı ilə Azərbaycan Respublikasının Prezidenti adından müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
3. «Sərhəddə fərqlənməyə görə» medalı aşağıdakılara görə verilir:
- Azərbaycan Respublikasının dövlət sərhədini pozanların tutulub saxlanması ilə əlaqədar döyüş əməliyyatlarında göstərilən rəşadətə görə;
- Azərbaycan Respublikasının dövlət sərhədinin toxunulmazlığını qoruyarkən sərhəd qarovulunun döyüş əməliyyatlarına bacarıqla rəhbərliyə görə;
- dövlət sərhədinin mühafizəsində göstərilən yüksək sayıqlığa və təşəbbüskarlığa görə;
- sərhəd mühafizə xidmətində yüksək təşkilatçılıq bacarığı və dövlət sərhədinin möhkəmləndirilməsində nümunəvi işə görə;
- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində qüsursuz xidmətə görə;
- dövlət sərhədinin mühafizəsində sərhəd qoşunlarına fəal köməyə görə.
4. «Sərhəddə fərqlənməyə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, «Hərbi xidmətdə fərqlənməyə görə» medalından sonra taxılır.
Azərbaycan
Respublikasının
1993-cü il 6 dekabr tarixli,
760 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.
«Sərhəddə fərqlənməyə görə» medalının təsviri
Sərhəddə fərqlənməyə görə» medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş 35 mm diametrli girdə lövhədən ibarətdir.
Medalın mərkəzində qala divarı fonunda qılınc təsvir olunmuşdur.
Qala divarı ilə qılıncdan yuxarıda, çevrə boyunca «Sərhəddə fərqlənməyə görə» sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 m ölçüdə mixəyi çalarlı düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
© LegalActs