Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 dekabr 1993-cü il, № 23—24 (900—901) maddə 679)

Relizin Tarixi: 06.02.1998

Azərbaycan Respublnkasının «Azərbaycan Bayrağı» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublnkasının «Azərbaycan Bayrağı» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbayçan Respublikasının Qanunu

Azərbaycan Respublikasınıi Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 dekabr 1993-cü il

№ 756

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 dekabr 1993-cü il, № 23—24 (900—901) maddə 679) («LegalActs» LLC).

6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikasının 1993-cü il
6 dekabr tarixli, 756 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeninin

Statutu

1. Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
    • hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;
    • respublikada əmin-amanlığın təmin edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
    • dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə.

2. «Azərbaycan Bayrağı» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Şah İsmayıl» ordenindən sonra taxılır.


Azərbaycan Respublikasının 1993-cü il
6 fevral tarixli, 429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Azərbaycan Bayrağı» ordeninin təsviri

«Azərbaycan Bayrağı» ordeni iki, bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş, qabarit ölçüsü 35 mm səkkizguşəli ulduzdan ibarətdir, qızıl suyuna çəkilmiş gümüşdəndir, milli ornamentlə işlənmişdir, altdakı ulduz ağ, üstdəki ulduz isə göy mina ilə örtülmüşdür.

Üstdəki ulduzun mərkəzində naxışla haşiyələnmiş sağanağın daxilində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir olunmuş və öz rənglərinə uyğun mina ilə örtülmüşdür.

Arxa tərəfi hamar səthlidir, ortasında «Azərbaycan Bayrağı» sözləri yazılmışdır, ondan aşağıda ordenin nömrəsi həkk olunmuşdur.

Orden halqa və ilgək vasitəsilə paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun zolaqlarla haşiyələnmiş 27 mm x 47,5 mm ölçülü beşguşəli ağ xara lentə birləşdirilir.

Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.


© LegalActs LLC