Azərbaycan Respublikasının «Vətən uğrunda» medalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Relizin Tarixi: 29.12.1998
Azərbaycan Respublikasının
«Vətən uğrunda» medalı haqqında Əsasnamənin
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Vətən uğrunda» medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 29 dekabr 1998-ci il.
№ 608-IQ.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 1999-ci il, № 2, maddə 61) («LegalActs»).
«Azərbaycan» qəzetində dərc edilmişdir (05 fevral 1999-cu il, № 27).
Azərbaycan
Respublikasının
1998-ci il 29 dekabr tarixli
608-IQ saylı Qanunu ilə
təsdiq edilmişdir.
«Vətən
uğrunda» medalı haqqında
Əsasnamə
1. Azərbaycan Respublikasının «Vətən uğrunda» medalı aşağıdakılara görə verilir:
- Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə;
- Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə;
- Dövlət quruluşunun müdafiəsində iştirakına görə.
2. «Vətən uğrunda» Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır.
© LegalActs