Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyası haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (19 yanvar 1999-cu il, № 14). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1999-ci il, № 1, maddə 40)

Relizin Tarixi: 15.01.1999

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyası haqqında

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
dövlət sərhədinin delimitasiyası üzrə
Dövlət komissiyası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyası aşağıdakı tərkibdə təsdiq olunsun:

Komissiyanın sədri:
Xələfov Xələf Alı oğlu

xarici işlər nazirinin müavini
Komissiyanın sədr müavini:
Sultanov Adil Sultan oğlu

Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin sədri
Komissiyanın üzvləri:
Məmmədov Qərib Şamil oğlu

Dövlət Torpaq Komitəsinin sədri
Novruzov Abbasəli Ramazan oğlu

milli təhlükəsizlik nazirinin müavini
Rəfiyev Akif Bəşir oğlu

ədliyyə nazirinin müavini
Nağıyev Azad Sabir oğlu

Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi sədrinin müavini
Zalov Oruc İbrahim oğlu

daxili işlər nazirinin müavini
Məmmədov Hacırəhim Səməd oğlu

Silahlı Qüvvələrin Baş Müfəttişliyinin rəisi

2. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət komissiyasının yarıdması haqqında» 1994-cü il 27 iyun tarixli 96 nömrəli sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 15 yanvar 1999-cu il.

№ 59.

«Azərbaycan» qəzetində dərc edilmişdir (19 yanvar 1999-cu il, № 14) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1999-ci il, № 1, maddə 40) («LegalActs» LLC).

30 iyun 2002-ci il tarixli 965 nömrəli Sərəncama əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).

© LegalActs LLC