Böyük Qafqaz sıra dağlarındakı adsız yüksəkliyə «Heydər zirvəsi» adı verilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1998-ci il, № 11 (17), maddə 702)

Relizin Tarixi: 18.11.1998

Böyük Qafqaz sıra dağlarındakı adsız yüksəkliyə «Heydər zirvəsi» adı verilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Böyük Qafqaz sıra dağlarındakı adsız yüksəkliyə
«Heydər zirvəsi» adı verilməsi haqqında

Qərar № 224

Bakı şəhəri, 18 noyabr 1998-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Heydər Əlirza oğlu Əliyevin 75 illik yubileyinə həsr olunmuş alpinizm yürüşü zamanı fəth olunmuş Böyük Qafqaz dağlarının Qızılqaya silsiləsində yerləşən 3758,6 m hündürlüyündəki adsız yüksəkliyə «Heydər zirvəsi» adı vermək haqqında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikası Elmlər Akademiyası ilə razılaşdırılmış təklifi qəbul edilsin.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1998-ci il, № 11 (17), maddə 702) («LegalActs» LLC).

© LegalActs LLC