«Azərbaycan Respublikasının kredit təşkilatlarında qeyri-maddi aktivlərin uçotu Qaydaları»na dəyişiklik haqqında
Relizin Tarixi: 12.09.2007
«Dövlət qeydiyyatına alınmışdır» |
Azərbaycan Respublikası Milli
Bankı İdarə Heyətinin |
«Azərbaycan Respublikasının kredit
təşkilatlarında qeyri-maddi aktivlərin uçotu
Qaydaları»na dəyişiklik haqqında
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 31 yanvar 2001-ci il tarixli, 03 saylı qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il 08 fevral tarixli 2659 №-li şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikasının kredit təşkilatlarında qeyri-maddi aktivlərin uçotu Qaydaları»na aşağıdakı dəyişiklik edilsin:
4.5-ci bənddə «gələcək dövrün gəlirləri» sözləri «təxirə salınmış gəlirlər» sözləri ilə əvəz edilsin.
Bu dəyişiklik Dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 3, səh. 71) («LegalActs» LLC).
Mərkəzi Bankın İdarə Heyətinin 21 sentyabr 2010-cu il tarixli, 25 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).
© LegalActs LLC