«Aktivlərin təsnifləşdirilməsi və zərərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları»na əlavələr edilməsi haqqında
Relizin Tarixi: 11.09.2007
«Dövlət qeydiyyatına alınmışdır» |
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin tarixli qərarı ilə təsdiq edilmişdir |
«Aktivlərin təsnifləşdirilməsi və zərərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları»na əlavələr edilməsi haqqında
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 2000-ci il 28 dekabr tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il 17 yanvar tarixli 2593 № ilə şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Aktivlərin təsnifləşdirilməsi və zərərin ödənilməsi üçün ehtiyatların yaradılması Qaydaları»na aşağıdakı əlavələr edilsin:
3.3-cü yarımbəndin üçüncü və dördüncü abzaslarındakı cümlələrdə işlədilən «təminatlı» sözündən sonra «və 50 mln. manatdan çox olmayan təminatsız» sözləri əlavə edilsin.
Bu əlavələr 01 aprel 2002-ci il tarixndən qüvvəyə minir.
«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 3, səh. 69) («LegalActs» LLC).
21 oktyabr 2005-ci il tarixli, 1031-IIQ nömrəli Qanuna əsasən 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulur («LegalActs» LLC).
20 oktyabr 2003-cü il tarixli N-19 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sərəncamı ilə qüvvədən düşmüşdür («LegalActs» LLC).
© LegalActs LLC