«Azərbaycan Respublikasının bütün kredit təşkilatlarında əsas vəsaitlərin uçotu Qaydaları»na dəyişikliklər haqqında


Relizin Tarixi: 11.09.2007

«Azərbaycan Respublikasının bütün kredit təşkilatlarında əsas vəsaitlərin uçotu Qaydaları»na dəyişikliklər haqqında

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 2758
19 mart 2002-ci il
Nazir
F. F. MƏMMƏDOV

Azərbaycan Respublikası

Milli Bankı İdarə Heyətinin
02 mart 2002-ci il

tarixli qərarı ilə təsdiq edilmişdir
(Protokol № 5)
İdarə Heyətinin sədri
E. S. RÜSTƏMOV

«Azərbaycan Respublikasının bütün kredit təşkilatlarında əsas vəsaitlərin uçotu Qaydaları»na dəyişikliklər haqqında

Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 18 dekabr 2000-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2001-ci il 04 yanvar tarixli 2504 №-li şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Azərbaycan Respublikasının bütün kredit təşkilatlarında əsas vəsaitlərin uçotu Qaydaları»na aşağıdakı dəyişikliklər edilsin:

3.5-ci bənddə «gələcək dövrlərin gəlirləri» sözləri «təxirə salınmış gəlirlər» sözləri ilə əvəz edilsin;

7.5-ci bənd çıxarılsın.

Bu dəyişikliklər Dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, № 3, səh. 68) («LegalActs» LLC).

Mərkəzi Bankın İdarə Heyətinin 21 sentyabr 2010-cu il tarixli, 25 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


© LegalActs LLC