«Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat»a dəyişikliklər


Relizin Tarixi: 07.09.2007

«Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3197
01 noyabr 2005-ci il
Nazir
F. MƏMMƏDOV

«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi
Əmr № 464
25 oktyabr 2005-ci il
Nazir
R. USUBOV

«Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə
Təlimat»a dəyişikliklər

«Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat»a dəyişikliklər

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 24.X.2003-cü il tarixli 407 nömrəli əmrilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 10 noyabr 2003-cü il tarixdə 3004 nömrəli Şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış «Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimat»ın

  • 8.1.4 bəndində «alınan» sözündən sonra yazılmış «vergilərin və dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar haqların ödənilməsi barədə qəbzlərin, yaxud digər sənədlərin olmasına nəzarəti təmin etmək» sözləri «illik yol vergisinin və dövlət rüsumunun ödənilməsinə nəzarəti təmin etmək» sözləri ilə əvəz edilsin.

  • 8.4.2 bəndinin 4-cü yarımbəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

«Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş «illik yol vergisinin və dövlət rüsumunun ödənilməsi ilə əlaqədar sənədlər»

həmin bəndin «Qeyd» hissəsi çıxarılsın.

  • 8.5.9 bəndində «həmçinin təkrar dövlət texniki baxışının keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə qəbz təqdim edildikdən» sözləri çıxarılsın;

  • 8.5.10 bəndində «əmlak» sözü «illik yol» sözləri ilə əvəz edilsin.

  • 8.7.3 bəndinin 3-cü abzası aşağıdakı məzmunda verilsin:

«-nəqliyyat vasitələrinin siyahısını, dövlət texniki baxışının keçirilməsinə görə illik yol vergisinin, dövlət rüsumunun ödənilməsi ilə əlaqədar sənədləri».

Təlimatın 12 nömrəli əlavəsində göstərilən jurnalın sonuncu qrafasında «Əmlak vergisinin miqdarı və qəbz №...» sözləri «İllik yol vergisi və dövlət rüsumunun ödənilməsi barədə qeyd» sözləri ilə əvəz olunsun.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2005-ci il, № 10-11, səh. 12) ( «LegalActs» LLC).

16 may 2012-ci il tarixli, Q6-001-12 nömrəli Qərara əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).


© LegalActs LLC