Şəhərdaxili və şəhərətrafı sərnişin daşınması üçün sərnişindaşınma biletinin forma və rekvizitləri


Relizin Tarixi: 05.09.2007

Şəhərdaxili və şəhərətrafı sərnişin daşınması üçün sərnişindaşınma biletinin forma və rekvizitləri

Azərbaycan Respublikası Maliyyə Nazirliyi

Əmr № İ-19

Bakı şəhəri, 02 fevral 1999-cu il

«Maliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli 86 saylı Qərarını əldə rəhbər tutaraq əmr edirəm:

Şəhərdaxili və şəhərətrafı sərnişin daşınması üçün sərnişindaşınma biletinin forma və rekvizitləri əmrə əlavə edilmiş qaydada təsdiq edilsin.

Azərbaycan Respublikasının Maliyyə Nazirinin səlahiyyətlərini icra edən

F. YUSİFOV

23 yanvar 2006-cı il tarixli, İ-04 nömrəli Əmrə əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).


______________________________________

müəssisənin adı və VÖİN-i mətbəə tərəfindən həkk edilir)

Sərnişindaşıma
BİLETİ
(seriya və № mətbəə tərəfindən həkk edilir

Qiyməti ____________________ man

Mətbəə üçün Qeyd: Mətbəə tərəfindən həkk olunacaq digər rekvizitlər müvafiq qaydalara uyğun həyata keçirilir.


© LegalActs LLC