«Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 2005-ci il, № 19) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, № 8, maddə 707)
Relizin Tarixi: 09.08.2005«Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. həmin qanunun 5.1.5-ci maddəsində nəzərdə tutulmuş səfərbərlik hazırlığının vəziyyəti barədə illik məruzələrin təqdim edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin qanunun 5.1.9-cu maddəsində nəzərdə tutulmuş dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövründə bron edilməsi işinin təşkil olunması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin qanunun 5.2.5-ci maddəsində nəzərdə tutulmuş təşkilatlar tərəfindən səfərbərlik tapşırıqlarının (sifarişlərinin) yerinə yetirilməsi və həmin tapşırıqların (sifarişlərin) maddi-texniki ehtiyatlarla təmin edilməsinə dair müqavilələrin bağlanması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.7. həmin qanunun 5.2.6-cı maddəsində nəzərdə tutulmuş səfərbərlik hazırlığı və səfərbərlik tədbirlərinin maliyyələşdirilmə qaydasını və mənbəyini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.8. həmin qanunun 5.2.18-ci maddəsində nəzərdə tutulmuş maddi sərvətlərin səfərbərliyi və dövlət ehtiyatlarının, habelə ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının yaradılması, yığılması, saxlanması, təzələnməsi və istifadə olunması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.9. həmin qanunun 5.2.19-cu maddəsində nəzərdə tutulmuş silah və hərbi texnikaya, mühüm mülki məhsullara, yüksək təhlükə obyektlərinə, əhali üçün həyati əhəmiyyətli sistemlərə və milli sərvət hesab olunan obyektlərə dair sənədlərin ehtiyat fondunun yaradılması, saxlanılması və istifadə olunması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.10. həmin qanunun 5.2.20-ci maddəsində nəzərdə tutulmuş dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların ehtiyat idarəetmə məntəqələrinin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.11. həmin qanunun 5.3.10-cu maddəsində nəzərdə tutulmuş dövlət hakimiyyəti orqanlarında, yerli özünüidarəetmə orqanlarında və təşkilatlarda işləyən hərbi vəzifəlilərin səfərbərlik zamanı və müharibə dövrü üçün bron edilməsinə aid hesabatın təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.12. həmin qanunun 7.1.10-cu maddəsində nəzərdə tutulmuş səfərbərlik planlarına uyğun olaraq binaların, tikililərin, kommunikasiyaların, torpaq sahələrinin, rabitə, nəqliyyat və digər vasitələrin ayrılması ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.13. həmin qanunun 7.1.12-ci maddəsində nəzərdə tutulmuş səfərbərlik tədbirlərinin hazırlanmasına və həyata keçirilməsinə dair məlumatların təqdim edilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.14. həmin qanunun 7.4-cü maddəsində nəzərdə tutulmuş səfərbərlik tapşırığının (sifarişinin) yerinə yetirilməsi ilə əlaqədar təşkilatlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.15. həmin qanunun 8.1.3-cü maddəsində nəzərdə tutulmuş müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə binaların, tikililərin, nəqliyyat vasitələrinin və mülkiyyətində olan digər əmlakın təqdim edilməsi ilə əlaqədar vətəndaşlara vurulan zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.16. həmin qanunun 10.4-cü maddəsində nəzərdə tutulmuş səfərbərlik orqanları haqqında Əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.17. həmin qanunun 11.3-cü maddəsində nəzərdə tutulmuş ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin və digər əmlakın verilməsi ilə bağlı vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.18. həmin qanunun 17.5-ci maddəsində nəzərdə tutulmuş müharibə dövrünün ştatlarında nəzərdə tutulmuş hərbi vəzifələrdə hərbi xidmətkeçmə məqsədi ilə hərbi hissələrə təhkim olunmuş (xüsusi birləşmələrə təyin edilmiş) vətəndaşların səfərbərlik üzrə hərbi xidmətə çağırılması qaydasını, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifələrində vətəndaşların işləmək üçün göndərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.19. həmin qanunun 1.0.1-ci, 5.2.3-cü maddələrində, 6.2-ci maddəsində, 9.2-ci, 9.3-cü, 12.3-cü, 17.4-cü və 18.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın, 5.1-ci maddəsində (5.1.1—5.1.4-cü, 5.1.6-cı, 5.1.8-ci, 5.1.11-ci və 5.1.13-cü maddələrə münasibətdə), 5.2-ci maddəsində (5.2.1—5.2.4-cü, 5.2.7—5.2.17-ci, 5.2.21-ci maddələrə münasibətdə) və 5.2.13-cü maddələrində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın, 6-cı maddəsinin adında, 6.1-ci, 6.1.8-ci, 6.1.10-cu, 7.1.7-ci, 8.1.1-ci, 8.1.2-ci, 9.1-ci və 17.3-cü maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın, 5-ci maddəsinin adında, 5.3-cü maddəsində, 5.3.8-ci, 6.1.5-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.20. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. «Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın, 5.1-ci maddəsində (5.1.7-ci, 5.1.10-cu və 5.1.12-ci maddələrə münasibətdə) və 18.1-ci maddəsində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin qanunun 7.1.10-cu, 7.1.12-ci, 7.4-cü, 8.1.3-cü, 10.4-cü, 11.3-cü və 17.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın, 5.1-ci maddəsində (5.1.5-ci və 5.1.9-cu maddələrə münasibətdə), 5.2-ci maddəsində (5.2.5-ci, 5.2.6-cı, 5.2.18—5.2.20-ci maddələrə münasibətdə) və 5.3.10-cu maddəsində nəzərdə tutulmuş «Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 9 avqust 2005-ci il
№ 275
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 2005-ci il, № 19) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, № 8, maddə 707) («LegalActs» LLC).
© LegalActs LLC