«Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Saziş»i imzalamaq səlahiyyətinin verilməsi barədə


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2004-cü il, № 12, maddə 33)

Relizin Tarixi: 12.01.2004

«Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Saziş»i imzalamaq səlahiyyətinin verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

«Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Saziş»i imzalamaq səlahiyyətinin verilməsi barədə

1. «Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Saziş»i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Fərhad Şövlət oğlu Əliyevə verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Fərhad Şövlət oğlu Əliyevə verilməsi barədə Hindistan Respublikası Hökumətinə müvafiq bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 12 yanvar 2004-cü il

№ 57

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2004-cü il, № 12, maddə 33) («LegalActs» LLC).

30 dekabr 2005-ci il tarixli, 1228 nömrəli Sərəncama əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC