Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Respublikası səfirliyinin fəaliyyətinin təşkili haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (01 may 1997-ci il, № 85)
Relizin Tarixi: 30.04.1997
Birləşmiş Ərəb Əmirliklərində
Azərbaycan Respublikası səfirliyinin
fəaliyyətinin təşkili haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maliyyə və maddi-texniki təchizat məsələlərini həll etsin.
2. Azərbaycan Respublikasının xarici işlər nazirinə tapşırılsın ki, bir ay müddətində səfirliyin ştat cədvəlini təsdiq etsin, onu diplomatik və inzibati-texniki heyətlə təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 aprel 1997-ci il
№ 558
«Azərbaycan» qəzetində dərc edilmişdir (01 may 1997-ci il, № 85) («LegalActs» LLC).
© LegalActs LLC