Suriya Ərəb Respublikasında Azərbaycan Respublikası səfirliyinin fəaliyyətinin təşkili haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (01 may 1997-ci il, № 85)

Relizin Tarixi: 30.04.1997

Suriya Ərəb Respublikasında Azərbaycan Respublikası səfirliyinin fəaliyyətinin təşkili haqqında

Suriya Ərəb Respublikasında
Azərbaycan Respublikası səfirliyinin
fəaliyyətinin təşkili haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasında səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maliyyə və maddi-texniki təchizat məsələlərini həll etsin.

2. Azərbaycan Respublikasının xarici işlər nazirinə tapşırılsın ki, bir ay müddətində səfirliyin ştat cədvəlini təsdiq etsin, onu diplomatik və inzibati-texniki heyətlə təmin etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 30 aprel 1997-ci il

№ 556

«Azərbaycan» qəzetində dərc edilmişdir (01 may 1997-ci il, № 85) («LegalActs» LLC).

© LegalActs LLC