“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1627-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1627-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyul 2019-cu il.
4 июля 2019, 08:0713 ноября 2013, 09:11
Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Гейдар Алиев» Абдуллаха Гюля подробно...
30 октября 2013, 08:10
Распоряжение Президента Азербайджанской Республики О проведении 2800-летия памятников Муган Бабазанлы подробно...
30 октября 2013, 09:10
Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с транспортировкой азербайджанского природного газа на мировой рынок по Южному газовому коридору подробно...
16 апреля 2013, 10:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по укреплению материально-технической базы Научно-исследовательского института педиатрии и Научно-исследовательского института акушерства и гинекологии Министерства здравоохранения Азербайджанской подробно...
25 декабря 2012, 06:12
Распоряжение Президента Азербайджанской Республики О награждении орденом «Шохрат» Б.Ю.Симандуева подробно...
16 января 2013, 21:01
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Сабирабадского района подробно...
19 августа 2013, 13:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Габалинского района подробно...