İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (30 km)–Təzəkənd–Ağbulaq–Qoşakənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2019-cu il.

11 февраля 2019, 08:02

http://www.azertag.az

2691—2691 из 2691

19 августа 2013, 13:08

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Габалинского района   подробно...