“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 477; 2008, № 10, maddə 886; 2009, № 12, maddə 966; 2010, № 10, maddə 837; 2011, № 3, maddə 162; 2013, № 5, maddə 475; 2014, № 11, maddə 1347; 2015, № 5, maddə 495) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.1-ci, 1.0.4-cü, 6.1-ci, 7.3-cü, 8.2-ci, 8.8-ci, 10.3-cü maddələrinə “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilsin.

2. 3-cü maddəyə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”,” sözlərindən sonra “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”,” sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 5.0.3-1-ci və 5.0.3-2-ci maddələr əlavə edilsin:

“5.0.3-1. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər barədə məlumatlar;

5.0.3-2. Azərbaycan Respublikasında qaçqın statusu almış vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar;”.

4. 7.5.1-1-ci maddədə “daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri “daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvafiq olaraq” sözləri ilə əvəz edilsin və həmin maddəyə “icazə” sözündən sonra “və ya qaçqın” sözləri əlavə edilsin.

5. 8.6-cı maddəyə “çıxarıldıqda” sözündən sonra “, yaxud Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qaçqın statusunu itirdikdə (Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyi hal istisna olmaqla) və ya ondan məhrum edildikdə onlara verilmiş” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

14 January 2019, 08:01

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...