Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün Sursatın siyahısı"nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 154
Bakı şəhəri, 19 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün Sursatın siyahısı"nda dəyişikliklər edilməsi barədə
"Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 26 sentyabr tarixli 157 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №9, maddə 637) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün sursatın siyahısı"nın "Silah:" bölməsindən "PM markalı", "PSM markalı" və "TT markalı" sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 June 2014, 14:0610 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...