"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 148

Bakı şəhəri, 16 may 2014-cü il

"Azərbaycan  Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin  və  strukturunun  təsdiq   edilməsi   haqqında" Azərbaycan   Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  15 fevral tarixli 36 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamının 2.1.1-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 156; 2013, № 6, maddə 766) ilə təsdiq edilmiş "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamna-məsi"nin 4.4-cü bəndində "599000000" və "299500000" rəqəmləri müvafiq olaraq "726146366" və "363073183" rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi bu qərardan irəli gələn məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

 

 

5 June 2014, 14:06

http://cabmin.gov.az/

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...