“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 486; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 4; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 7, maddə 507; 2006, № 2, maddə 63, № 12, maddə 1005; 2007, № 5, maddə 437; 2008, № 2, maddə 49; 2009, № 12, maddə 957; 2011, № 12, maddə 1101; 2017, № 12 (I kitab), maddə 2199, 2018, № 1, maddə 5) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin üçüncü abzasından sonra aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:

“Sahibkarlıq fəaliyyəti ilə bağlı statistik məlumatlar emal edilərkən sahibkarlıq subyektlərinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilmiş bölgüsü nəzərə alınır.”.

2. 12-ci maddənin dördüncü abzasına “statistika göstəriciləri” sözlərindən sonra “barədə məlumatlar, həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müəyyən edilən bölgüsü” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il.

13 November 2018, 08:11

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...