Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 fevral tarixli 1227 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1215-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 fevral tarixli 1227 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 171) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1-ci yarımbənd ləğv edilsin.

2. 5.9-cu bəndə “açıla” sözündən sonra “, yoxlanıla” sözü əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

1 November 2018, 08:11

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...