Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamə”ni “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 835-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 237; 2007, № 11, maddə 1110; 2008, № 6, maddə 500; 2014, № 12, maddə 1557) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 4.3-cü bənddə “elmi təşkilatların və” sözləri “elmi müəssisə və təşkilatların, habelə” sözləri ilə əvəz edilsin.
2. 4.9-cu bənddə “elmi tədqiqat idarələri və” sözləri “elmi müəssisə və təşkilatlar, habelə” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 aprel 2018-ci il.
24 April 2018, 08:0410 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...