Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”ni “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1072; 2017, № 5, maddə 829) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bəndə “sığortası” sözündən sonra “, işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.2. 2.1.2-ci yarımbəndə “uçotdan çıxarılması,” sözlərindən sonra “sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması,” sözləri əlavə edilsin;

1.3. 3.1.3-cü yarımbəndə “sığorta haqlarının” sözlərindən sonra “və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda sığorta haqqının” sözləri əlavə edilsin;

1.4. 3.1.8-ci yarımbəndə “sığortası” sözündən sonra “və işsizlikdən sığorta” sözləri əlavə edilsin;

1.5. 3.1.10-cu yarımbəndə “etmək” sözündən sonra “və işsizlikdən sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaiti “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə işsizlikdən sığorta fonduna köçürmək” sözləri əlavə edilsin;

1.6. 3.1.11-ci yarımbənd çıxarılsın;

1.7. aşağıdakı məzmunda 4.1.3-1-ci və 4.1.3-2-ci yarımbəndlər əlavə edilsin:

“4.1.3-1. sığortaedənlərdən öz işçilərinin işsizlikdən sığorta edilməsini, sığorta haqlarının düzgün hesablanmasını, vaxtında və tam məbləğdə sığortaçıya ödənilməsini tələb etmək;

4.1.3-2. sığortaedənlərə işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrini izah etmək;”.

2. Bu Fərman 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 mart 2018-ci il.

15 March 2018, 08:03

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...