Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 981-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12, maddələr 2314, 2321; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 yanvar tarixli 1798 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 31-2-ci hissə əlavə edilsin:
“31-2. Məcəllənin 394.0.5-ci (açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6-cı (açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7-ci (reklam qurğularının tikintisi işləri ilə bağlı Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin göstərişlərinə və qərarlarına əməl edilməməsinə münasibətdə), 395.2-ci (açıq məkanda reklam qurğularına münasibətdə), 395.1-1-ci və 428.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
31-2.1. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi adından – Agentliyin direktoru, onun müavini, Aparatın rəhbəri, Aparatda şöbə müdiri, onun müavini, sektor müdiri, baş mütəxəssis, böyük mütəxəssis (böyük müfəttiş), Bakı Şəhəri Reklam İdarəsinin və regional reklam idarəsinin rəisi, onun müavini, idarədə şöbə müdiri, onun müavini, sektor müdiri, baş mütəxəssis (baş müfəttiş), böyük mütəxəssis (böyük müfəttiş);
31-2.2. bu inzibati xətalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi adından – İdarənin İdarə Heyətinin sədri və digər üzvləri, Aparatın rəhbəri.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2018-ci il.
21 February 2018, 08:0210 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...