Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”ni “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1482 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 258, № 12, maddə 1058; 2009, № 2, maddə 75, № 7, maddə 532, № 8, maddə 618, № 10, maddə 776; 2010, № 2, maddə 88, № 7, maddə 610, № 8, maddə 717, № 9, maddə 770; 2011, № 4, maddə 282, № 10, maddə 891; 2012, № 8, maddə 787; 2013, № 9, maddə 1046, № 11, maddələr 1321, 1339; 2014, № 2, maddə 122, № 9, maddələr 1027, 1062; 2015, № 2, maddə 121, № 5, maddələr 521, 543, № 9, maddə 989; 2016, № 2 (II kitab), maddə 228, № 3, maddə 470, № 5, maddələr 869, 879, № 9, maddə 1464, № 10, maddə 1643, № 11, maddə 1816; 2017, № 2, maddələr 173, 185, № 5, maddələr 776, 817, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”nin 10.3.1.1-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“10.3.1.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədkeçmə sənədlərinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”nin 7.4-cü bəndində qeyd edilən digər məlumatlar;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 fevral 2018-ci il.

16 February 2018, 08:02

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...