“Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 4 iyul 2008-ci il tarixli 6/23-5 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində imza toplamaq məqsədilə imza vərəqələrinin verilməsi Qaydaları”na aşağıdakı dəyişikliklər edilsin:

1.3-cü bənddə “(bundan sonra – Seçki Məcəlləsi)” sözləri çıxarılsın.

1.4-cü bəndə aşağıdakı məzmunda 3-cü cümlə əlavə edilsin:

“İmza vərəqələrini götürən namizəd və ya səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”

3. 2 “A” saylı əlavədə “Prezidentliyə namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.

4. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

9 February 2018, 08:02

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...