“Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair 
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

“Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununun tətbiqi və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli, 554 nömrəli Fərmanının 3-cü hissəsinin və “Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 917-VQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 yanvar tarixli Sərəncamının 2-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 18 iyul 2008-ci il tarixli 7/27-8 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin seçkilərində kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat”a aşağıdakı dəyişikliklər edilsin:

1. Preambulada “və “Reklam haqqında”” sözləri çıxarılsın, “qanunlarının” sözü “Qanununun” sözü ilə əvəz edilsin;

2. 3.2-ci bəndin 2-ci cümləsi, 3.7-ci bənd və 5.2.7-ci yarımbənd çıxarılsın.

3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

9 February 2018, 08:02

http://www.azertag.az

71—75 of 75

10 December 2014, 09:12

Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project   more...

10 December 2014, 09:12

H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army   more...

21 February 2014, 12:02

Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order   more...

19 November 2013, 17:11

Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan   more...

7 June 2013, 15:06

Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020   more...